...

"Azercell" Wi-Fi şəbəkəsini yaratdı - Bir mesajla limitsiz internet!

Telekommunikasiya Materials 17 Mart 2012 11:32 (UTC +04:00)
İndi "Azercell" abonentləri mobil internetdən daha asan yararlana bilərlər.
"Azercell" Wi-Fi şəbəkəsini yaratdı - Bir mesajla limitsiz internet!

Azərbaycan, Bakı, 17 mart /Trend/

İndi "Azercell" abonentləri mobil internetdən daha asan yararlana bilərlər. Martın 17-dən etibarən "Azercell Telekom" MMC növbəti fərqli və faydalı bir xidmətin tətbiqinə başlayır. Bu gündən etibarən "Azercell" abonentləri bəzi məkanlarda qurulmuş Wi-Fi şəbəkəsindən istifadə edə bilərlər.

MMC-dən şənbə günü Trend-ə verilən məlumata görə, konkret yerlərdə Wi-Fi xidmətindən limitsiz olaraq istifadə etmək üçün sadəcə 9434 qısa nömrəsinə müvafiq açar sözünü göndərmək lazımdır. Bu zaman açar sözü əvəzinə abonentin şəbəkədə işləmək üçün seçdiyi müddət yazılır. Bu, 3 saat, 1 gun, 7 gun və ya 30 gun sözləri ola bilər. Cavab mesajında abonentlərə göndərilən istifadəçi adı və şifrə vasitəsilə Azercel Wi-Fi şəbəkəsinə qoşulmaq mümkündür.

Xidmət üçün tarif abonentin öz istəyinə uyğun olaraq hesablanır. Belə ki, 3 saatlıq Wi-Fi şəbəkəsi üçün - 1 manat, 1 sutkalıq - 2 manat, 1 həftəlik - 7 manat, 1 ay şəbəkədə istifadə üçün isə 19 manat ödəmək lazımdır. 9434 qısa nömrəsinə göndərilən istək mesajının qiyməti 1 qəpikdir. Abonent aldığı istifadəçi adı ilə şəbəkəyə ilk dəfə qoşulduğu andan onun seçdiyi müddət hesablanmağa başlayır. Lakin eyni istifadəçi adı ilə eyni vaxtda bir neçə cihazdan şəbəkəyə qoşulmaq mümkün deyil.

Hazırda Park Bulvar ticarət mərkəzində, Xəzər və Qafqaz universitetlərində Azercell Wi-Fi şəbəkəsi mövcuddur. Bu ərazilərdə olan abonentlər istənilən an şəbəkəyə qoşulub sürətli və keyfiyyətli internet xidmətlərindən yararlanar, limitsiz trafikin üstünlüyündən istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti