...

Rumıniya istehsalçısı Azərbaycanın dövlət sektorunda İT həlləri inkişaf etdirmək niyyətindədir

Telekommunikasiya Materials 30 Mart 2012 11:46 (UTC +04:00)
Rumıniyanın SIVECO softver şirkəti Azərbaycanın dövlət müəssisələrində öz həllərinin irəliləyişinə başlayacaq.
Rumıniya istehsalçısı Azərbaycanın dövlət sektorunda İT həlləri inkişaf etdirmək niyyətindədir

Azərbaycan,Bakı, 30 mart / Trend, müxbir H.Vəliyev /

Rumıniyanın SIVECO softver şirkəti Azərbaycanın dövlət müəssisələrində öz həllərinin irəliləyişinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Avropanın ən iri istehsalçılarından biri ilə əməkdaşlıq məsələləri dünən nazirlikdə müzakirə olunub.

1992-ci ildə yaradılan SIVECO Mərkəzi və Şərqi Avropada ən iri proqram təminatı inteqratorlarından biridir. Şirkət Avropa İttifaqı, Yaxın Şərq və Şimali Afrika ölkələrində və MDB məkanında İT həllərin və konsaltinq layihələrinin istehsalını və ixracını təmin edir.

Şirkət kənd təsərrüfatı, təhsil, səhiyyə, neft-qaz sahələri və s.üçün kompleks həllər hazırlayır.

Azərbaycanın strateji tərəfdaşı olan Rumıniya iki ölkə arasında imzalanmış sənədlər əsasında Azərbaycanın İKT sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir. SIVECO şirkəti artıq Azərbaycanda "Milli təhsil sisteminin və elektron təhsilin idarə olunması" kimi mühüm layihələrə qoşulub.

Xəbər lenti

Xəbər lenti