Azərbaycan, Bakı, 24 may / Trend
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir.
Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərən Bakcell böyük məmnuniyyətlə yeni kampaniyasını elan edir. İndi göstərilən Nokia modellərindən birini eksklüziv qiymətə pulsuz CİN nömrə ilə birgə əldə edən müştərilərimiz xüsusi aylıq bonuslardan yararlanacaqlar.
Bu kampaniyanın eksklüzivliyi ondan ibarətdir ki, qeyd olunan Nokia telefonlarından birini alan müştəri telefona xərclədiyi pulunu 12 ay ərzində geri ala bilər. Aylıq bonusları əldə etmək üçün balansa hər ay sadəcə 2 AZN yükləmək kifayətdir. Bundan əlavə, müştərilərimiz telefon üçün eksklüziv və xüsusi qiymətlə yanaşı pulsuz SİM kart əldə edəcəklər.
Təklif may ayının 23-dən başlayaraq Bakcell-in istənilən diler dükanı və ya Satış nöqtəsindən kampaniyada iştirak edən telefonlardan birini əldə etmiş müştərilər üçün qüvvədədir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell, onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.