...

Azərbaycanda qiymətli kağızlarla əməliyyatlar üzrə rüsumların elektron ödənişi sisteminin tətbiqinə başlanılıb

Telekommunikasiya Materials 2 İyul 2012 11:26 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) avtomatlaşdırılmış elektron xidmətlər sistemi yaradılıb və "Elektron Hökumət" portalına inteqrasiya edilib.
Azərbaycanda qiymətli kağızlarla əməliyyatlar üzrə rüsumların elektron ödənişi sisteminin tətbiqinə başlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Trend, 2 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) avtomatlaşdırılmış elektron xidmətlər sistemi yaradılıb və "Elektron Hökumət" portalına inteqrasiya edilib. Trend-in məlumatına görə, bu barədə Komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası üzrə işlərin davamı olaraq, rüsumların real vaxt rejimində elektron formada ödənilməsi, eləcə də aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyi təmin edilib.

Hazırda portala Azərbaycanın 30-a yaxın dövlət müəssisəsi qoşulub. Artıq bir sıra dövlət müəssisələri elektron xidmətlərin inteqrasiyası üzrə işlər görür.

Xəbər lenti

Xəbər lenti