...

Azərbaycanda nömrələrin daşınması xidmətinin tətbiqinə aprelin 1-dən başlanacaq

Telekommunikasiya Materials 27 Fevral 2013 12:00 (UTC +04:00)
Abonentlərin öz nömrələrini saxlamaqla, gigər operatorlara keçmə imkanını verən nömrələrin daşınma xidməti (MNP - Mobile Number Portability) tətbiqinə aperilin birindən başlanılacaq.
Azərbaycanda nömrələrin daşınması xidmətinin tətbiqinə aprelin 1-dən başlanacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir H.Vəliyev/

Abonentlərin öz nömrələrini saxlamaqla, gigər operatorlara keçmə imkanını verən nömrələrin daşınma xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə aperilin birindən başlanılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, xidmətin tədbiq olunması üçün hər üç mobil operatorla müvafiq sənədlər imzalanıb.

"Lakin xidmətin həyata keçirilməsində hər hansı gözlənilməz problemlər yaşanarsa, xidmətin tədbiqi daha 2 ay da gecikə bilər", - Abbasov qeyd edib.

Nömrələrin daşınma xidməti mobil operatorların şəbəkələri daxilində ödənişsiz olacaq. Xidmət Data-kartlar üçün nəzərdə tutlmuş nömrələrə şamil edilməyəcək.
Xidmətdən üç ayda yalnız bir dəfə istifadə etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti