Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir H.Vəliyev/
"Azərpoçt" MMC "Zolotaya Korona" ("Золотая Корона") beynəlxalq pul köçürmələri sistemi üzrə fəaliyyətini genişləndirməkdə davam edir. Bu barədə Trend bazar ertəsi MMC-nin saytına istinadən məlumat verir.
Bakı, Abşeron, Sumqayıt və Regional Poçt Filiallarının Müştəri Xidmətləri Şöbəsində fəaliyyət göstərən "Золотая Корона" beynəlxalq pul köçürməsi sistemi artıq Lənkəran, Şirvan RPF, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Səlyan, Sabirabad, Neftçala, Hacıqabul PF-lərin bütün lisenziyası olan şöbələrində qoşularaq əhalinin istifadəsinə verilib.
Yaxın müddətdə "Azərpoçt" MMC-nin bütün şöbələrində "Золотая Корона" sistemi üzərindən pul köçürmələri almaq və göndərmək mümkün olacaq.