...

Azərbaycanda 800-dən çox qeydiyyata alınmamış radioelektron vasitə aşkar edilib

Telekommunikasiya Materials 6 Noyabr 2013 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir H.Vəliyev/

Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 2013-cü ilin yanvar-oktyabr ayları ərzində 698 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Trend İdarənin saytına istinadən məlumat verir ki, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 806 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.

Onlardan 260 ədədi möhürlənib, 32 ədədi istismardan çıxarılıb (silinib), 117 ədədi qeydiyyata salınıb, digər 395 ədədinin qeydiyyata salınması prosesi davam edir.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 52 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti