Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Yaxın vaxtlarda Azərbaycanda yeni milli ödəniş portalı "Asan Pay" işə salınacaq. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə bildirib.
Agentliyin müsahibinin sözlərinə görə, portalın istifadəçiləri mobil telefonun köməyi ilə həm kommersiya, həm də dövlət rüsumları ödənişlərini həyata keçirmək imkanı əldə edəcəklər.
Xidmət haqlarının ödənilməsi üçün bank hesablarından, kredit kartlarından, "elektron pul kisələri"ndən və s. istifadə oluna bilər.
"Asan Pay"in köməyi ilə istifadəçilər bilavasitə mobil telefon vasitəsilə dövlət strukturlarının cərimələrin miqdarı və digər xəbərdarlıqları haqqında informasiya əldə edə, onun köməyi ilə cərimə və borcları ödəyə bilərlər. Bundan başqa, istifadəçilər portalın köməyi ilə avtomobillərin müvəqqəti park edilmə haqqını ödəyə biləcəklər.