Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda Sim-kartların satış terminalları ("Simomat") vasitəsilə mobil abunəçi nömrələrinin satışı mümkün deyil. Bu barədə Trend-ə "Bakcell" şirkətinin icraçı direktoru Riçard Şirer deyib.
O bildirib ki, bunun əsas səbəbi abunəçi nömrələrinin qeydiyyat prosesinin çətin olmasıdır. Qanunvericiliyə əsasən, qeydiyyat müqavilədə qeyd olunan bütün bəndlərin doldurulmasını, onların verilənlər bazasına əlavə edilməsini və istifadəçinin imzası ilə abunəçi müqaviləsinin təsdiqini tələb edir: "Bu qurğuların başqa ölkələrdə iş prinsipini öyrənmişik. Hesab edirik ki, Azərbaycanda Sim-kartların terminallar vasitəsilə satışı abunəçi müqaviləsinin doldurulmasına görə mümkün deyil".