Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Azad Həsənli/
Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu (AİF) informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üçün "Deloitte & Touche" şirkətini cəlb edib.
Bu barədə Trend AİF-in saytına istinadən məlumat verir.
Satınalma müqaviləsi iyulun 28-də imzalanıb.
"Deloitte & Touche" MMC konsaltinq və audit sahələrində xidmət göstərən beynəlxalq şirkətdir. "PricewaterhouseCoopers", "E&Y" və "KPMG" ilə yanaşı, dünyanın ən böyük audit şirkətlərinin dördlüyündə yer alır.