Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Bu gün səhərdən dövlət internet-provayderi "AztelekomNET"-in şəbəkəsində internetə çıxışla bağlı yaranan problemlər aradan qaldırılıb. Bu barədə Trend-ə "Aztelekom" MMC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, şəbəkədə yaranan fasilələr yeni telekommunikasiya avadanlığının quraşdırılması ilə əlaqədar idi.
Avadanlığın quraşdırılması ilə bağlı işlər "Delta Telecom" şirkətinin mütəxəssisləri tərəfindən aparılırdı.