"Azercell" və "Kaspersky Lab" internet təhlükəsizliyi üzrə əməkdaşlığa başlayıblar

"Azercell" və "Kaspersky Lab" internet təhlükəsizliyi üzrə əməkdaşlığa başlayıblar

Bakı. Trend:

"Azercell" internetdə uşaqların müdafiəsinə xüsusi önəm verən internet təhlükəsizliyi sahəsində "Kaspersky Lab" şirkəti ilə əməkdaşlığa başlayıb. Azercell-in təqdim etdyi üç yeni xidmət istənilən yaşda olan istifadəçiyə özünü İnternetdə daha təhlükəsiz hiss etməyə imkan yaradacaq.

"Uşaqlar gələcəyimizdir və onların sağlam böyüməsi cəmiyyətin gələcək inkişafının əsasını təşkil edir." Bu fikirlər Azercell-in Kaspersky Lab şirkətinin əməkdaşlığı ilə həyata keçirdiyi "Azercell-lə internet təhlükəsizdir!" layihəsinin təqdimatında səslənib.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbirdə ilk öncə şirkətin prezidenti Vahid Mürsəliyev çıxış edərək uşaqların daim qayğı və diqqətə ehtiyacları olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın lider mobil rabitə şirkəti olaraq Azercell cəmiyyətin, xüsusilə uşaqların informasiya təhlükəsizliyi sahəsinə diqqət yetirməyə bilməzdi. O, həmçinin kiber-təhlükəsizlik sahəsinin liderlərindən olan Kasperky Lab şirkətinə əməkdaşlığa görə təşəkkürünü bildirib və Azercell üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini əlavə edib.

Tədbirdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi ilə bağlı qısa məlumat da açıqlanıb. Daha sonra "Ümidli Gələcək" gənclər təşkilatının layihələr üzrə meneceri Ruhanə Əhmədova, Azercell-in Yeni Texnologiyalar, Layihə və Partnyorluq İdarəetmə şöbəsinin rəhbəri Cəmaləddin Həsənov və Kasperky Lab-ın Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov "Azercell-lə internet təhlükəsizdir!" layihəsi haqqında məlumat veriblər.

Layihə çərçivəsində İnternet şəbəkəsində təhlükəsizliyə yönələn 3 yeni məhsul təqdim olunub. Bunlardan birincisi - "Universal Müdafiə" xidməti adlanır və Kaspersky Internet Security vasitəsilə istənilən cihazın müdafiəsini təmin edir. Bu xidmət vasitəsi ilə istifadəçilər həm özlərinin, həm uşaqlarının, bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Belə ki, yeni xidmət fayl, proqram və veb səhifələri müdafiə edir, saxta veb səhifələr, müdafiəsiz Wi-Fi şəbəkələr vasitəsilə şəxsi məlumatın oğurlanmasına mane olur, zərərverici proqramlar tərəfindən faylların bloklanmasının qarşısını alır, istifadəçini kompüterinin kamerası vasitəsilə gizli güdülməkdən qoruyur. Ən önəmlisi isə uşaqları İnternetin neqativ təsirindən müdafiə edir. Xidmətdəki Təhlükəsiz Proqram Rejimi yalnız etibarlı proqramları istifadə etməyə imkan verir və bütün şübhəli proqramların əməliyyatını məhdudlaşdırır.

İkinci məhsul olan "Android üçün müdafiə" xidməti əsasən Android əməliyyat sistemi üçün istifadə olunur və Kaspersky Internet Security - Android üzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir. Məhsul cihazın itkisi və ya oğurluğu zamanı onun axtarışı və ya məlumatın silinməsi kimi məsafədən idarə olunmasını, mümkün edir. Bundan əlavə, xoşagəlməz zəng və SMS-lərin filtrasiyası, kənar gözlərdən gizlədilmiş şəxsi kontaktlar da məxfi saxlanılır.

Üçüncü məhsul "Valideyn nəzarəti" adlanır. O, populyar olan əksər əməliyyat sistemləri ilə işləyən Kaspersky Safe Kids müdafiə proqramı vasitəsilə istifadə olunur. Məhsul gənc istifadəçilərin arzulanmayan veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir, uşaqların İnternetdə aktivliyi və smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür, və geoməkan funksiyası sayəsində onların uşaqların yerini müəyyən edir.

Əməkdaşlığa dair fikirlərini bildirən Kasperky Lab şirkətinin Azərbaycandankı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd etmişdir: "Azərbaycanın aparıcı telekommukasiya şirkəti Azercell-lə tərəfdaş olmaqdan məmnunuq. İndi Azercell-in geniş müştəri bazası kiber-təhdidlərə qarşı etibarlı qorunmaq üçün sürətli və asan həllər əldə edəcək. PK istifadəçiləri və Android platforması ilə işləyən cihaz sahiblərinin müdafiəsi üçün təqdim etdiyimiz məhsullar dəyərli məlumatların qorunmasında və İnternet şəbəkəsindəki fəaliyyətlər üçün rahat və təhlükəsiz mühit yaratmaqda Azərbaycandakı bir çox ailələrə yardımçı olacaq. Əsas diqqəti İnternetdən daha fəali istifadə edən və orda fərqli təhlükələrlə üzləşə bilən uşaqların təhlükəsizliyinə ayrıcayıq".

Tədbiri maraqlı edən məqamlardan biri də konfransa KİV nümayəndələrinin övladları ilə birgə dəvət olunması olub. Tədbirin fəal içtirakçıları və kommunikasiya dəstəkçiləri "Active Moms Club" analar cəmiyyətinin valideynləri də təqdimat mərasiminə övladları ilə birlikdə qatılıblar. Rəsmi hissədən sonra uşaqlara və tədbirin qonaqlarına Pantomima teatrının "Fəlakət və insan" tamaşası təqdim olunub və hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda qonaqlara tədbirdə sözü gedən təhlükəsizlik məhsullarından 6 ay müddətində pulsuz istifadə etmək üçün kodlar da daxil olmaqla dəyərli hədiyyələr təqdim olunub.

Kaspersky Lab 1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Ekspert səviyyəsində bilik və təcrübəyə malik olan şirkət biznesin, dövlət orqanlarının mühüm infrastrukturlarının və dünya üzrə istifadəçilərin təhlükəsizliyini təmin edən müdafiə həllərinin və xidmətlərinin əsasını təşkil edir. Kaspersky Lab-ın geniş portfoliosu cihazların müdafiəsi üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kibertəhlükələr ilə mübarizə üçün ixtisaslaşdırılmış həll və xidmətlər təqdim edir. Kaspersky Lab şirkətinin texnologiyaları 400 milyon istifadəçi və 270 min korporasiya müştərisini və onlara mühüm olan məlumatları qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru

Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib (FOTO)
Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib
Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH
Məhkəmələrdə bəzi işlərə baxılması təxirə salınır - QƏRAR
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi (FOTO)
Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
Noyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur
Şimali Koreyada karantin tələblərini pozan gömrük işçisi edam edilib
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır (FOTO)
Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib
Anasız böyümüşəm, anam Vətənimdir - "Maştağa 1 N-li internat" yazısı ilə məşhurlaşan əsgərimiz (FOTO)
Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
700 minə hektara yaxın sahədə payızlıq taxıl səpini həyata keçirilib
Yerevanda əsgər anaları aksiya edib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov (FOTO)
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - Deputat
Putin Təhlükəsizlik Şurasının iclasında sülhməramlıların işini müzakirə edib
Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi üçün davamlı iş aparır - Ceyhun Bayramov
Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı (FOTO)
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir
Yasamalda yaşayış binasında yanğın olub
İrandan Azərbaycana narkotik və psixotrop həblər keçirən iki qardaş saxanıldı (FOTO)
Mingəçevir Dövlət Universiteti Çində keçirilən konfransda təmsil olunub (FOTO)
Sumqayıt Texnologiya Parkında yeni şirkət yaradılıb
Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Az da olanda şükür edirəm, çox da olanda - Usta ilə söhbət
Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib
Yelo Bankdan hər kəsə komissiyasız və zaminsiz kreditlər
Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisini dələduzluqda ittiham etdi
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub (FOTO)
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib
Koronavirusa yoluxan gənclərin bir çoxunda da ağırlaşma müşahidə edilir - TƏBİB
MDB məkanında ən yaxşı yollar Azərbaycandadır
Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihə icra edəcək
Bu insanlar daha çox hansı nəqliyyat vasitələrindən istifadə edib?
Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi
Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – Qubad usta
Türkiyədə 700-dən çox müdafiə sənayesi layihəsi icra olunur - Vitse-prezident
Polis Oğuzda reyd keçirib (FOTO)
“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb
Koronavirusdan ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir - Nazirlik rəsmisi
Qarabağda yüksək səviyyəli hotellər yaradılacaq - RƏSMİ
“France-24” Füzuli barədə reportaj hazırlayıb (VİDEO)
Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib (FOTO)
Ağcabədidə yollar yenidən qurulur (FOTO)
Noyabrın 29-dan etibarən yağış, qar gözlənilir - Xəbərdarlıq
UNEC-də Virtual laboratoriyalar yaradılıb
Sabahın hava proqnozu açıqlanıb
Xarkovdakı azərbaycanlılar erməni vandalizminə etiraz ediblər
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
Almaniyanın hakim koalisiyası Berlinin Qarabağ məsələsində iştirakını təklif edir
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır
Koronavirusa yoluxan deputat sağaldı
Bütün xəbərlər