...

"Bakcell" "AppLab" proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir

Telekommunikasiya Materials 25 Yanvar 2017 16:19 (UTC +04:00)
3D çapı, Virtual Reallıq proqram təminatı və avadanlığın yaradılması sahəsində yeni imkanlar artıq hamı üçün açıqdır.
"Bakcell" "AppLab" proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti böyük məmnuniyyətlə özünün sürətləndirilmiş icra modeli olan "AppLab" proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə İT sahəsində fəaliyyət göstərən bütün yerli developerlərlə yanaşı ümumiyyətlə, ideya və marağı olan hər kəs "AppLab" proqramının təklif etdiyi geniş imkanlardan faydalana bilər.

Bunun üçün qeydiyyatdan keçmək və maraq göstərilən sahə üzrə ideyanı bölüşmək lazımdır.Qeydiyyat prosesi 25 yanvar 2017-ci il tarixindən 25 fevral 2017-ci il tarixinədək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən ərizəçilər sadəcə http://applab.bakcell.com/registration/ səhifəsinə daxil olaraq, yuxarıda qeyd olunmuş müddət ərzində anket formasını doldurmalıdırlar. Qeydiyyat müddəti bitdikdən sonra təqdim olunmuş layihələr nəzərdən keçiriləcək və Seçim Komitəsi tərəfindən təsdiq olunan ideyalar ikinci mərhələyə keçəcək. Mümkün 20 xaldan 15 və ya daha çox xal qazanan layihələrin müəllifləri komitə üzvləri ilə görüşəcək və layihədən asılı olaraq 90-180 gün ərzində AppLab proqramında iştirak etmək imkanına malik olacaqlar. Bu müddət ərzində Bakcell şirkəti proqram iştirakçılarına fərdi şəkildə məhsul və ya xidmətlərin inkişaf etdirilməsi və bazara təqdim olunması istiqamətində dəstək göstərəcək.

Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, ünvanında (Sahil bağının yaxınlığında) yerləşən AppLab ofisindən istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana biləcəklər. “Bakcell”in əməkdaşları, "Qualcomm" şirkətinin və "AppLab" proqramının digər tərəfdaşlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçün tələb olunan araşdırmalar və məsləhətlərlə təmin edəcək.

Seçilmiş developerlərə kömək etmək üçün yerli miqyasda həyata keçirilən digər oxşar proqram və layihələrdən fərqli olaraq, "Bakcell" şirkəti "AppLab" proqramı çərçivəsində yaradılan layihələr üzərində heç bir mülkiyyət hüququ iddiası irəli sürmür. Şirkətin başlıca məqsədi ölkənin milli “startap” icması üçün adekvat mühitin yaradılmasında aparıcı rola malik olmaqdır. "Bakcell" mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlərə ildə təxminən 70.000 İngilis funt sterlinqi məbləğində investisiyalar əldə etmək imkanı yaradır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişafı məqsədlərinə yönəldilir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell" Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti