...

Mobil operatorlar beynəlxalq zənglərə nəzarət etmək səlahiyyətində deyil

Telekommunikasiya Materials 8 Fevral 2017 11:48 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

Gecə saatlarında abunəçilərin mobil nömrələrinə daxil olan yerli və beynəlxalq zənglərin mobil operatorlar tərəfindən qarşısının alınması qeyri-qanunidir.

Bunu Trend-ə “Azercell” şirkətindən deyiblər.

Şirkətdən verilən məlumata görə, daxil olan zəngin fırıldaq məqsədi daşıyıb-daşımadağını müəyyən etmək və bunun üçün lazımi filtrləmə həyata keçirmək mümkün deyil.

Məlumatda bildirilir ki, mobil rabitə operatoru 7/24 prinsipi ilə işləyir və gecə saatlarında daxil olan zənglərə fırıldaq şübhəsi ilə məhdudiyyət qoymaq ciddi qanun pozuntusudur: "Müəyyən olunmuş nömrələrdən daxil olan zənglərin qarşısının alınması yalnız qanunvericilik çərçivəsində mümkündür və bunun üçün rəsmi əsaslar olmalıdır. Biz beynəlxalq zənglər trafikini dövlət operatorları "Aztelekom" və "Azintelecom"dan əldə edirik və trafik üzərində nəzarət bizim səlahiyyətimizdə deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti