Bakı. Hüseyn Vəliyev - Trend:
2017-ci il yanvar-avqust aylarının yekunlarına əsasən, Azərbaycanda portativ kompüterlərin (noutbuklar, netbuklar) satışı 5 faiz artıb.
Trend bu barədə “GlobalStats” statistika mərkəzinə istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, sentyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycanda noutbukların payı əvvəlki ilə nisbətən 11 faiz artaraq 56,2 faiz təşkil edib.
Hesabat dövründə stolüstü fərdi kompüterlərin satışında 4,7 faizlik azalma qeydə alınıb. İlin ilk səkkiz ayı ərzində fərdi kompüterlərin payı 40,5 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azdır.
Reytinqdə üçüncü yeri 3,2 faizlə planşet kompüterləri tutur. Hesabata əsasən, 2017-ci ilin yanvar-avqust ayları ərzində planşet satışı 17 faiz azalıb.