Ramin Quluzadə türkdilli ölkələr arasında e-imzanın qarşılıqlı tanınması üçün saziş imzalamağı təklif edib (FOTO)

Ramin Quluzadə türkdilli ölkələr arasında e-imzanın qarşılıqlı tanınması üçün saziş imzalamağı təklif edib (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

Cari ilin 9 noyabr tarixində Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT üzrə 2-ci Nazirlər Toplantısı keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin sahəvi nazirləri və nazir müavinləri iştirak edib.

Ölkəmizi toplantıda Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə çıxış edən Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən İKT üzrə işçi qrupun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilata üzv dövlətlər arasında kibertəhlükəsizlik, elektron hökumət və fiber-optik şəbəkənin inkişafı sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb, tədqiqat və inkişaf sahəsində də əməkdaşlıq edilməsini vacib hesab etdiyini bildirib. “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM)” layihəsinin region ölkələri üçün önəminə toxunan nazir layihənin tezliklə reallaşdırılması istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edib.

Elektron hökumət, kibertəhlükəsizlik və fiber-optik şəbəkənin inkişafı üzrə müzakirələrin aparıldığı Nazirlər Toplantısında çıxış edən R.Quluzadə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından Türk Şurası çərçivəsində İKT üzrə işçi qrupun fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib:

“Ötən il Azərbaycanda keçirilən İKT üzrə 1-ci Nazirlər Toplantısında bir sıra məsələlər üzrə faydalı müzakirələr aparıldı və işçi qrup çərçivəsində dörd alt-qrupun yaradılmasına qərar verildi. Fikrimcə, İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından bu alt qrupların fəaliyyəti xüsusi önəm daşıyır”.

Nazir ölkəmizin təşəbbüskarı olduğu TASİM layihəsinin həyata keçirilməsi istiqamətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə səylərinin təqdirəlayiq hal olduğunu qeyd edərək, layihənin iki qitə arasında ən qısa fiber-optik bağlantı olmaqla region ölkələri üçün strateji önəm daşıdığını və dənizə çıxışı olmayan ölkələrdə rəqəmsal boşluğun aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirib:

“Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki, TASİM layihəsi üzrə yüksəksəviyyəli rəsmilərin növbəti illik görüşünün “Bakutel-2017” Beynəlxalq sərgi-konfransı çərçivəsində bu ilin 5 dekabr tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur”.

Son illər Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində görülən işlər barədə məlumat verən nazir R.Quluzadə Türk Şurasına üzv ölkələr arasında elektron ticarət dövriyyəsinin artırılması məqsədilə “Elektron imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi sahəsində birgə iş aparılmasının vacibliyini vurğulayıb və bu xüsusda ilk addım olaraq təşkilata üzv dövlətlər arasında çoxtərəfli sazişin imzalanmasını təklif edib.

Toplantıdan sonra Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə ilə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ə.Arslan arasında ikitərəfli görüş keçirilib, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahələrində qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərə dair müzakirələr aparılıb.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-11 sentyabr 2015-ci il tarixlərində Astana şəhərində keçirilmiş sonuncu zirvə görüşü zamanı informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun yaradılması qərara alınıb, İKT üzrə 1-ci Nazirlər Toplantısı ötən ilin noyabr ayında Bakı şəhərində keçirilib.

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Dağlıq Qarabağın azərbaycanlı icması “Xankəndi talanları ” kampaniyası çərçivəsində növbəti video çarx hazırlayıb
Mərkəzi Bank uçot dərəcəsini endirdi
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq
Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olunub
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
Sabah hava küləkli olacaq
"Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü
Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
Azərbaycan nefti bahalaşır
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Xətai rayonunda yolların yenidən qurulmasına 10,05 milyon manat ayrılıb
Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb (FOTO)
Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi (FOTO)
Payızın qazandıran kampaniyası Hesab.az-da!
Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi
Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi
Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri
Peyvəndlərin aparılması bərpa edilib - Səhiyyə Nazirliyi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)
Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair statistik məlumatlar açıqlanıb
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Zabrat-Pirşağı dəmir yolu tunelində işlər nə yerdədir? - Açıqlama
Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi
Hacıqabulda usta şirkətin damından yıxıldı
Ermənistanda 239 yeni yoluxma qeydə alınıb
Karantin rejimini pozan restoran aşkarlanıb
Tamam Cəfərova: Uğurlu iqtisadi siyasət postpandemiya dövründə Azərbaycanın ən hazırlıqlı ölkələr sırasında olmasına imkan verəcək
Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb
Bu gün həbsdə olan sabiq səfir Eldar Həsənovun şikayətinə baxılacaq
SOCAR-da satınalmalar necə həyata keçirilir?
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi
Pərvin Kərimzadə: ATƏT-in Minsk Qrupu susqunluğuna son verməlidir
"ADY Express” Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınmasına başlayacaq
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır
Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlanıb
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
Qaradağda lift ustasının ölümü ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərildi
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu (FOTO)
Bərpa olunan Çıraqqaladan son görüntülər (FOTO)
Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?
Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 38 dəfə pozub
Sentyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Bərdədə ev yanıb
bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib
Goranboyda yük avtomobili yanıb
Qazaxıstanda daha 78 nəfər koronavirusa yoluxub
ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb
Mərkəzi Bank: Azərbaycanda POS terminalların sayının azalmasına səbəb dörd bankın lisenziyasının ləğvi ilə bağlıdır
Çavuşoğlu və NATO-nun baş katibi arasında telefon danışığı olub
Braziliyada koronavirusdan ölənlərin sayı 135 min nəfərə çatır
Türkiyədə zəlzələ baş verib
Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Moskvada bir sıra aviareys ləğv edilib
Dünyada koronavirusa yoluxanların sayı 30 milyon nəfəri ötüb
Bakıda bərbərxana yanıb
Suriyada güclü partlayış baş verib
Moskvada koronavirusdan ölənlərin sayı 5 033 nəfərə çatıb
BƏƏ-də koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb
İpəyimiz dünya bazarlarına ixrac oluna bilər
Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib
Azərbaycana "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib
"İnstaqram"ın işində qüsurlar yaranıb
Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi
"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu
Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib
Türkiyədə koronavirusdan sağalanların sayı 263 min nəfəri ötüb
Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb (FOTO)
Daha çox hansı ölkələrə məhsul ixrac edirik?
Cəlilabadda ikimərtəbəli evdə yanğın olub
Mingəçevir Dövlət Universiteti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edəcək
Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq
Bakıda mənzildən kişi meyiti tapılıb
TƏBİB: Reanimasiyada olan koronavirus xəstələrinin sayı 112 nəfərdir
1 saylı Bakı DOST Mərkəzi 110 minə yaxın vətəndaşa xidmət edib (FOTO)
Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasını keçirib (FOTO)
BŞTİ: Təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılır (FOTO)
Sentyabrın 18-i üçün teledərslərin cədvəli açıqlanıb
Mariya Zaxarova: Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur
Milli Məclisin nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək
Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO)
Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq vaxt bilindi
TÜRK PA-da Səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin iclası keçirilib
Vüqar Rəhimzadə: Dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin tətbiqi həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
Bakıda qardaşı arvadını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Şəkidə koronavirusa kütləvi yoluxma qeydə alınıb
Bütün xəbərlər