...

Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)

Telekommunikasiya Materials 25 Aprel 2018 12:32 (UTC +04:00)
Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı təxirə salınıb.
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul “Arianespace” (Fransa) şirkətindən bildirilib.

Qeyd olunur ki, aaha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının "GSAT-11" peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilib.

Bildirilir ki, dəqiq tarix yaxın zamanlarda elan olunacaq.

Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

"Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq.

Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti