Qlobal rəqəmsallaşma prosesləri və Azərbaycan üçün açılan imkanlar

Qlobal rəqəmsallaşma prosesləri və Azərbaycan üçün açılan imkanlar

Bakı. Trend:

Dünya sürətlə rəqəmsallaşır və müxtəlif dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyası üçün proqramlar hazırlayaraq tətbiq edir, böyük korporasiyalar rəqabətdən geri qalmamaq üçün yüksək texnologiyalar vasitəsilə iri həcmli məlumatları emal edir, vətəndaşlar isə rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər.

Hazırda mobil cihazların sayında sürətli artım, sosial medianın sərhədləri aşması və gündəlik həyatımızın bir hissəsinə çevrilməsi, məlumatların artıq fiziki cihazlar deyil, bulud texnologiyalarında saxlanılması, Data Mərkəzlərin sayının davamlı şəkildə artması rəqəmsallaşma proseslərinin sürətlə həyata keçməsinin göstəricisidir.

Rəqəmsallaşama qlobal iqtisadiyyatın böyüməsi ilə nəticələnir. Nüfuzlu konsaltinq şirkəti olan “McKinsey Qlobal İnstitutu”nun hesablamalarına əsasən, dünya üzrə rəqəmsallaşma və ən son rəqəmsal texnologiyalardan istifadə 2025-ci ilə qədər dünya üzrə ÜDM-də (Ümumi Daxili Məhsul) 3-6 trilyon ABŞ dolları səviyyəsində artıma səbəb olacaq. Təşkilat bu artımın əsasən 12 növ yüksək texnologiyaların (mobil internet, qabaqcıl robotlaşma, bulud texnologiyaları, bərpaolunan enerji, əşyaların interneti və s.) inkişafı sayəsində baş verəcəyini proqnozlaşdırır.

Hesablamalara əsasən, Avropa rəqəmsal transformasiya bazarı 2018-ci ildə 256 milyard ABŞ dolları səviyyəsinə qədər artıb. Hazırda Avropa regionu transformasiya texnologiyalarının alışı üzrə ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb. “IDC” (International Data Corporation) təşkilatı və “Citrix” şirkətinin (kompüter şəbəkələrinin yardılması, bulud hesablamaları və virtualizasiya üçün proqram həlləri sahələrində ixtisaslaşmış şirkət) məlumatlarına əsasən, hazırda dünya üzrə böyük şirkətlər rəqəmsallaşma üzrə reallıqları dərk edir, bulud texnologiyalara istiqamətlənir, rəqəmsal transformasiyaya gedir və ya öz şəbəkə infrastrukturlarını modernizasiya edirlər.

“IDC” və “Seagate” (ABŞ-ın texnologiya şirkəti) təşkilatları qeyd edir ki, hazırda rəqəmsallaşma və rəqəmsal kontentin yaradılması nəticəsində baza, periferik və son istifadəçi cihazlarında toplanılan məlumatların (qlobal məlumat sferası) həcmi sürətlə artır və 2018-ci ildə qlobal məlumat sferasının həcmi 33 zettabayt təşkil edib, 2025-ci ilə qədər isə bu rəqəmin 175 zettabayt olması, yəni 5 qat artımı gözlənilir. Hazırda qlobal məlumat sferasında illik olaraq ən sürətli artım Çinin (Çin bulud həllərin tətbiqi üzrə də ən sürətlə inkişaf edən ölkə hesab olunur), ikinci yerdə Asiya-Sakit Okean regionunun (Çin daxil olmamaqla), daha sonra isə Avropa, Yaxın Şərq və Afrika regionlarının payına düşür. ABŞ isə bulud texnologiyalar sənayesinin liderlərinin mənzil qərargahının yerləşdiyi dövlətdir və bu ölkə ənənəvi olaraq məlumatların bulud sistemlərində saxlanılması üzrə əsas yeri tutub.

Müxtəlif dövlətlər rəqəmsallaşma üzrə fərqli təşəbbüslər tətbiq edir

Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyatın yaradılması istehlakçılar, dövlətlər və ümumilikdə cəmiyyətlər üçün mühüm imkanlar açır. Dünyada rəqəmsal iqtisadiyyatın tətbiqi üzrə ən qabaqcıl dövlətlər sırasında Sinqapur, Çin, Cənubi Koreya, Yeni Zelandiya və Danimarka qeyd edilə bilər. Bu dövlətlər rəqəmsallaşma, yüksək texnologiyaların tətbiqi istiqamətlərində mühüm təşəbbüslər reallaşdırıblar. Məsələn, Sinqapur 2014-cü ildə özünün “Smart Nation” konsepsiyasını irəli sürüb, biznes və ekspert ictimaiyyətini bu konsepsiyanın reallaşmasına dəvət edib. “Smart Nation” konsepsiyası vətəndaşların gündəlik həyatına rəqəmsallaşmanın tətbiq edilməsi ilə həyatın keyfiyyətinin yüksəldilməsi ilə bağlı dövlətin təşəbbüsüdür. Bu konsepsiyanın reallaşması üçün dövlət müxtəlif təşəbbüslər reallaşdırılıb və konsepsiyanın reallaşmasında təkcə iri şirkətlər deyil, həmçinin orta və kiçik biznes də iştirak edib.

Çin rəqəmsal iqtisadiyyat quruculuğu üzrə özünün “İnternet Plyus” proqramında rəqəmsal sənaye ilə ənənəvi sənayeni inteqrasiya edir, Kanada Torontoda İKT Hab yaradır, Sinqapur informasiya və kommunikasiya texnologiyalarının (İKT) əsas təşkil etdiyi “Ağıllı iqtisadiyyat” qurur, Cənubi Koreya “Kreativ İqtisadiyyat” proqramında insan kapitalının inkişafı, sahibkarlıq və İKT nailiyyətlərinin yayılmasına istiqamətlənir, Danimarka isə dövlət sektorunun rəqəmsallaşmasına diqqəti cəmləşdirir.

Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyat quruculuğu hazırda həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər üçün əsas inkişaf istiqaməti hesab olunur.

Qloballaşma şəraitində rəqəmsallaşma prosesləri Azərbaycan üçün də geniş imkanlar açır. Sənaye 4.0 (Dördüncü Sənaye İnqilabı) şəraitində Azərbaycan özünün yerləşdiyi əlverişli coğrafi mövqe (Regionun enerji mərkəzi, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzi), zəngin təbii sərvətləri və insan resurslarından istifadə etməklə qısa zamanda yeni sıçrayışla inkişaf edə və dünya üzrə İKT sahəsində yeni trendləri ölkədə tətbiq edə bilər. Rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğu ölkənin dayanıqlı inkişafı üçün yeni pəncərə aça bilər.

Azərbaycanın rəqəmsallaşması üçün mühüm imkanlar mövcuddur

“Sənaye 4.0” şəraitində Azərbaycanda rəqəmsallaşma İKT sahəsində müvafiq yeni infrastruktur quruculuğunu, mövcud infrastrukturun modernizasıyasını, yeni texnologiyaların tətbiqini özündə ehtiva edir.

Qeyd edək ki, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın yaradılması üçün də əsas baza informasiya və kommunikasiya texnologiyalarının inkişafıdır. İnkişaf edən İKT infrastrukturunun əsasını isə internetə genişzolaqlı çıxış təşkil edir. Genişzolaqlı çıxış isə bir qayda olaraq FTTx (hər hansı nöqtəyə fiber-optik kabelin çəkilişi), 4G (gələcəkdə 5G) və peyk rabitəsi vasitəsilə təmin edilir.

Azərbaycanda İKT sektorunun inkişaf etdirilməsi üçün son illər həm dövlət, həm də özəl sektor tərəfindən mühüm addımlar atılıb. Ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən bu sektorun davamlı inkişafına istiqamətlənən mühüm Dövlət Proqramları, Sərəncamlar qəbul edilib.

Təqdirəlayiq haldır ki, hazırda ölkədə rəqəmsal baza infrastrukturun qurulması, İKT sektorunun dayanıqlı inkişafı istiqamətində özəl sektor da mühüm təşəbbüslər irəli sürür. Son olaraq bu təşəbbüslərdən biri də Azərbaycanın hazırki Enerji və Nəqliyyat Mərkəzi statusuna əlavə olaraq ölkənin həm də Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün irəli sürülən və hazırda icrası davam edən “Azerbaijan Digital Hub” proqramıdır. Ölkənin telekommunikasiya sektorunun ən iri oyunçularından biri olan Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən “Digital Hub” proqramı ölkədə telekommunikasiya sahəsində təkcə yeni magistral infrastruktur quruculuğunu deyil, həmçinin Azərbaycanın rəqəmsallaşmasına mühüm töhfənin verilməsini özündə ifadə edir.

“Digital Hub” proqramının icrası Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsini, dünyanın internet xəritəsinə Frankfurt, London, Sofiya, Moskva, İstanbul şəhərləri kimi Bakının da yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə edilməsini, iri kontent istehsalçıları olan brendlərin (Amazon, Apple, Alibaba, Facebook, Google, Netflix, Tencent və s.) Azərbaycanda öz nümayəndəliklərini açmasını, burada müxtəlif rəqəmsal xidmətlərin və həllərin yaradılmasını və bu xidmətlərin məhz “Made in Azerbaijan” brendi altında ətraf region dövlətlərinə ixracını özündə ehtiva edir. Proqram ölkədə mərkəşləşdirilmiş blokçeyn texnologiyasının tətbiqini, müxtəlif sahələrdə bu platformanın istifadəsini də mümkün edəcəkdir.

“AzerTelecom” şirkətinin icra etdiyi “Digital Hub” proqramı həmçinin rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın qurulması ilə ölkə ÜDM-nin artımına töhfənin verilməsini, Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilişini (Transxəzər layihəsinin bir hissəsi olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzərin dibi ilə ümumi uzunluğu 380-400 km olan magistral xəttin çəkilməsi üçün Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası saziş imzalanıb), Avropa-Asiya arasında “rəqəmsal ipək yolu” dəhlizinin yaradılmasını, qonşu dövlətlərin magistral infrastruktur şəbəkələrinin məhz Azərbaycanda birləşməsini, ümumilikdə isə yeni bir telekommunikasiya, rəqəmsal arxitekturanın qurulmasını nəzərdə tutur.

Eyni zamanda “Digital Hub” proqramı ilə Azərbaycanın rəqəmsallaşması onun Çinin qlobal proqramı olan “One Belt, One Road Initiative” layihəsində iştirakına töhfə verəcək, Azərbaycanın bu layihənin Avropa-Asiya arasında telekommunikasiya dəhlizinə (Rəqəmsal İpək Yolu) çevrilməsini təmin edəcək.

Xüsusilə bildirmək lazımdır ki, “Digital Hub” proqramının icrası dövlət investisiyası cəlb olunmadan ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanların yaranmasına, qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına (rəqəmsal sahədə 1 yeni iş yeri iqtisadiyyatın digər əlaqəli sektorlarında 3-4 yeni iş yerlərinin yaranmasına səbəb olur), İKT sahəsində xaricə hər-hansı “beyin axını”nın qarşısının alınmasına, müxtəlif elektron xidmətlərin inkişafına və ölkənin kiber-təhlükəsizliyinin təmin edilməsinə, rəqəmsal infrastruktur quruculuğuna, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın daha öncül mövqelərə çıxmasına imkan verəcəkdir.

Müəllif: Fuad Allahverdiyev

“AzerTelecom” MMC-nin Baş icraçı direktoru

“Azerbaijan Digital Hub” proqramının müəllifi və rəhbəri

Müəllif haqqında: Fuad Allahverdiyev İKT sektorunda 20 ildən çox iş təcrübəsinə sahibdir. O müxtəlif startapların və telekommunikasiya sferasında bir sıra uğurlu şirkətlərin təsisçisi olub. F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunudur, Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive MBA proqramı) bitirib. Hazırda F.Allahverdiyev “AzerTelecom” MMC-nin Baş icraçı direktorudur. “AzerTelecom” şirkəti Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Fuad Allahverdiyev “Azerbaijan Digital Hub” proqramının müəllifi və rəhbəridir.

Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
"Chrome"un Azərbaycanın internet bazarında payı artıb
"Chrome"un Azərbaycanın internet bazarında payı artıb
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb
Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb
Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib (FOTO)
Ölkəmizdə inşa edilən "Azərbaycan" Ro-Pax tipli gəmi İlk səfərini Bakı Limanından gerçəkləşdirəcək (FOTO/VİDEO)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB
Qətərin maliyyə naziri həbs olunub
Yeni Galaxy A seriyası ilə enerji topla və # tükənməzenerji rəqs çellencində iştirak et
Mayın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda bu yol müvəqqəti bağlanır
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu
ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib (FOTO)
Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan
Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir
21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Ombudsman beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib
"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)
Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq
Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
Bu il Azərbaycanda qeyri-neft ixracı artıb - Nazir
Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir
Qusarda qar daha çox bu ərazilərə yağıb
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir
Odlar Yurdu Universitetində “Mən Qarabağam" layihəsi çərçivəsinə sərgi keçirilib (FOTO)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib (VİDEO)
ATƏT Minsk qrupunun son bəyanatında "hərbi əsirlər" ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
AzEduNet şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
Azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir - Ukraynalı məşqçi Milli Gimnastika Arenası haqqında (VİDEO)
Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)
Bugünədək 295 minə yaxın fermerə 121 milyon manatdan çox subsidiya ödənilib
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib (VİDEO)
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək (FOTO/VİDEO)
Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI
Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir - Teymur Musayev
Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ
Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənərək təhvil veriləcək - Agentlik rəsmisi
Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA
Koronavirusla bağlı bizi və dünyanı narahat edən məlumatlar Hindistandan daxil olur - Yaqut Qarayeva
"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb
Operativ Qərargah brifinq keçirib (VİDEO)
İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat
Qərbi Azəri platformasında hasilat bərpa edilib
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir
Ermənistanda 5 mindən çox fərari əfv olunur
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib
Bütün xəbərlər