"Twitter" tvitlərin redaktə edilməsi funksiyası üzərində işləyir

Telekommunikasiya Xəbər 7 Aprel 2022 08:11 (UTC +04:00)

Bakı. Trend:

"Twitter Inc" artıq sosial şəbəkədə paylaşılan tvitlərin redaktə etmək üzərində işləyir və tezliklə sınaqdan keçirməyə başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu şirkətin istehlak məhsullarına cavabdeh olan Cey Sallivan özünün "Twitter" səhifəsində yazıb.

"Biz keçən ildən bəri tvitlərin redaktə funksiyasını təhlükəsiz şəkildə işə salmağa çalışırıq və yaxın aylarda @TwitterBlue Labs-da onu sınaqdan keçirməyi planlaşdırırıq", - deyə C.Sallivan bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti