...

Hərbi Dəniz Qüvvələrinin xüsusi bölmələri TEKNOFEST-də müxtəlif manevrlər yerinə yetirib (FOTO/VİDEO)

Telekommunikasiya Materials 27 May 2022 15:54
Hərbi Dəniz Qüvvələrinin xüsusi bölmələri TEKNOFEST-də müxtəlif manevrlər yerinə yetirib (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi bölmələri TEKNOFEST festivalı çərçivəsində müxtəlif manevrlər yerinə yetirib.

Trend-in məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin katerləri Bakı sakinlərinə və qonaqlara sahil sərhədlərinin mühafizəsi, eləcə də döyüş növbəsinin aparılması üzrə bir sıra manevrlər nümayiş etdirib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti