Bakı. Trend:
Yelo Bank biznes müştərilərinə daha çox rahatlıq gətirən yeni
xidmətini istifadəyə verdi. Artıq hüquqi şəxslər banka gəlmədən tam
rəqəmsal və təhlükəsiz formada İnternet Bankçılıq platforması
üzərindən pulsuz biznes hesabı aça bilirlər.
Bu yenilik rəqəmsal biznes mühitinin sürətlə artdığı bir dövrdə
şirkətlər üçün vaxt və rahatlıq qazandırır. Sadə interfeys və
intuitiv addımlar prosesi daha da rahat edir.
Belə ki, müştəri İnternet Bankçılıq səhifəsinə daxil olaraq
“Qeydiyyatdan keç” düyməsini seçir. Hesab açılışı üçün sorğunu
doldurub, valyuta seçir. Hüquqi şəxsə aid məlumatlar sistem
tərəfindən avtomatik əlavə olunur, bu da müştəriyə əlavə vaxt
qazandırır. Sənədlər formalaşdırılır və ASAN İmza ilə imzalanır.
Müştəri istəyə bağlı olaraq sənədlərini şəxsi e-mail ünvanına
göndərə bilər. Daha sonra SİMA-nın videozəng həlli vasitəsilə
məsafədən şəxsin identifikasiyası aparılır. Uğurlu
identifikasiyadan sonra biznes hesabı həmin gün aktivləşir. Qeyd
edək ki, xidmət hazırda yalnız yeni müştərilər üçün iş günləri saat
09:00–17:00 arası aktivdir.
Biznes hesabı aktivləşən kimi müştəri İnternet Bankçılıq xidmətində
istənilən əməliyyatı gerçəkləşdirə bilər. Qeyd edək ki, Yelo
İnternet Bankçılığın imkanları bununla bitmir. Müştəri həm
kompyuterdə, həm də mobil telefonda İnternet Bankçılıq xidmətini
eyni rahatlıqla istifadə edə bilər. Hesab üzrə əməliyyatlar,
əməkhaqqı ödənişləri, ölkədaxili və xarici köçürmələr, kredit
sifarişi, konvertasiya və digər zəruri bank əməliyyatlarının hamısı
bir neçə kliklə həyata keçirilir.
Yelo Bank ilə biznes hesabı açmaq indi sadə, etibarlı və rahatdır.
Xidmətdən istifadə üçün: https://ylb.az/ibank.
Biznes
krediti şərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Hüquqi şəxslər banka gəlmədən biznes hesabı aça biləcəklər!
Foto: Yelo Bank
