...

AZTELEKOM NAFTALANDA RABİTƏ EVİNİ BƏRPA EDƏCƏK

Telekommunikasiya Materials 3 Avqust 2005 14:17 (UTC +04:00)

Aztelekom İstehsalat Birliyi (İB) Naftalandakı rabitə evini bərpa edəcək. İB-də Trend ə bildirildiyi kimi, bu işlər Naftalanda mərkəzi ATS-in tam elektronlaşdırılmasından sonra həyata keçiriləcək.

İB-də qeyd ediblər ki, hazırda Goranboy-Naftalan istiqamətində Fəhrəli, Ağamoğlan, Xoylu, Nizami, Qarapirimli və digər kəndlərə optik kabellərin çəkilməsi üzrə işlər başa çatıb.

"Goranboy və Naftalandakı TKQ-nin elektronlaşdırılması üzrə işlərin oktyabrda başa çatacağı planlaşdırılır", - deyə İB-də bildirilib.

TKQ-nin tam elektronlaşdırılması üzrə işlərə daxil olan Naftalan şəhər ATS-nin bərpası İskratel (Sloveniya), Goranboy Mərkəzi rayon ATS-nin elektronlaşdırılması Huawei Tech investment (Çin), Goranboy TKQ kənd telefon şəbəkəsinin tam elektronlaşdırılması isə Karel (Trükiyə) şirkətləri tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti