...

AZƏRBAYCANIN RABİTƏ NAZİRİ ALMANİYADA SƏFƏRDƏDİR

Telekommunikasiya Materials 21 Sentyabr 2005 13:14 (UTC +04:00)

Azərbaycanın Ravbitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov Almaniyada işgüzar səfərdədir. Rabitə Nazirliyinin informasiya mərkəzindən Trend ə verilən məlumata görə, səfər bu ölkənin Azərbaycandakı səfiri Detlef Lingemanın dəvəti ilə həyata keçirilir.

Nazirlikdən həmçinin onu da bildiriblər ki, səfər çərçivəsində Almaniya hökumətinin bir sıra rəsmi şəxsləri ilə, eləcə də Almaniya Sənaye və Ticarət Palatasının MDB ölkələri üzrə bazarlar bölməsiin rəhbəri, həmçinin XİN-nin inkişaf və iqtisadi məsələlər departamentinin başçısı Peter Amonla görüşlər nəzərdə tutulub.

Bundan başqa, Əli Abbasovun Alcatel şirkətində də görüşü olacaq və bu zaman razılaşma barədə memorandum imzalanacaq.

"Almaniyaya səfərdə əsas məqsəd iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin inkişafıdır" -deyə dövlət strukturundan bildiriblər.

Bununla yanaşı, ilin sonuna kimi Əli Abbasovun analoji məqsədlə İtaliyaya səfəri də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti