...

"Azərbaycanın İnternet Forumu" provayderlər tərəfindən Azeronline internet şirkətinə qarşı boykotu düzgün saymır

Telekommunikasiya Materials 8 Dekabr 2005 14:45 (UTC +04:00)

"Azərbaycanın İnternet Forumu" QHT Azeronline internet provayder şirkətinə qarşı boykotu düzgün saymır. Trend in xəbər verdiyi kimi, bu barədə strukturun dekabrın 8-də yayılmış press-relizində bildirilir.

Azərbaycanın İnternet Cəmiyyətində Azəronline provayderinə qarşı boykot haqqında qərar şirkətin artıq bir ildir özünün Dial-Up müştərilərinə İnternetə giriş imkanı verərək İnternet paketlərini pulsuz, Dial-Up xidmətlə heç bir əlaqəsi olmayan və Azərscell Telecom mobil operatorunun xidməti olan Sim-Sim kartları ilə təmin etməsi ilə əlaqədar qəbul edilib.

Bundan başqa, Azərcell Telecom mobil operatoru abunəçiləri ayda cəmi 99000 manat ödənməklə İnternetə məhdudiyyətsiz girişlə təmin edir. Bu faktlara əsaslanaraq, oktyabrın 19-da Azərbaycanın İnternet Servis provayderləri (Adanet, AzIntex, KOSMOS-S, Uninet, Azerin, Bakinter, Intrans, Caspel, AzEuroTel, Caspian Telekom, Sinam, Aztelekom, Connect, TransEuroCom) və Azeronline arasında ünvanlı məkanın və elektron poçt mübadilə sisteminin tam bloklaşdırılması haqqında qərar çıxarılıb. Azəronline isə bildirib ki, "Azercell Telekom MMM" birgə müəssisə abunəçiləri 99000 manat ödəməklə şəbəkəyə bir ay ərzində məhdudiyyətsiz deyil, 200 saatlıq giriş əldə edir. Abunəçilərə Sim Sim kartlarının verilməsinə gəldikdə isə, Azəronline qeyd edib ki, bu kartlar Azərcell Telekom BM-dən qanuni əsaslarla alınır.

İnternet Forumun məlumatında o da bildirilir ki, boyktot İnternet istifadəçilərinin normal fəaliyyətinin pozulmasına səbəb olur. "Bu məsələnin İnternet cəmiyyətinin iştirakı ilə müzakirəsi məqsədəuyğundur", - deyə press-relizdə bildirilir.

Xəbər lenti

Xəbər lenti