İyunun 27-30-da Bakıda NATO-nun Elmi Proqramı çərçivəsində həyata keçirilən "Virtual İpək Yolu" layihəsinin XII iclası və "Qafqaz və Mərkəzi Asiyanın Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyaları üçün internet təkliflərin təşkil olunması" (OCCASİON) layihəsinin II Görüşü olacaq.
Trend in verdiyi xəbərə görə, iclasların keçirilmə məqsədi yuxarıda göstərilən layihələrin reallaşmasının optimallaşdırılması, ali təhsil müəssisələrinin və Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin elmi müəssisələrinin İnternetə çıxış vasitəsilə effektiv infrastruktur təminatı üçün onların komponentlərinin müzakirəsindən ibarətdir. Bakıya Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan layihə iştirakçıları gələcək. İclaslarda həmçinin Böyük Britaniya, Belçika, Almaniya və Polşa nümayəndələri də iştirak edəcəklər.
İclasın açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun, Təhsil naziri Misir Mərdanovun, ali təhsil müəssisəsi, elmi idarə rektorlarının və başqalarının iştirakı gözlənilir.