...

"Bakutel" beynəlxalq sərgisində 20 ölkədən 120 şirkət iştirak edəcək

Telekommunikasiya Materials 2 Oktyabr 2006 18:08 (UTC +04:00)

Oktyabırn 3-6-da Bakıda keçiriləcək "Bakutel" 12-ci Azərbaycan beynəlxaq telekommunikasiya və informasiya texnologiyaları sərgisində 20 ölkədən 120 şirkət iştirak edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 2-də mətbuat konfransında "ITE Group" şirkətinin direktorlar şurasının sədri Ceremi Henli məlumat verib.

Sərginin təşkilatçısı olan "ITE Group"un təmsilçisinin sözlərinə görə, bu il ekspozisiyaların sahəsi 30 % artırılıb. Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında keçiriləcək sərgi ölkəyə İKT sahəsinin nəhənglərini toplayacaq. C.Henlinin qeyd etdiyi kimi, iştirakçı-şirkətlər İKT sahəsində əldə olunan son nailiyyətləri nümayiş etdirəcək və istehlakçılarla ən yeni informasiyaları bölüşəcəklər.

Bu il sərgidə ABŞ-dan olan şirkətlərin fəal iştirakı gözlənilir. Sərgiyə ABŞ-ın bu sahədə 15 şirkətini təmsil edən nümayəndə heyəti gələcək. Ənənəvi olaraq, sərgi çərçivəsində "Xüsusi iqtisadi zonalar - Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında yeni istiqamət" mövzusunda konfrans keçiriləcək.

Bu il sərgi daha parlaq və yadda qalan bir hadisə olaraq İKT sənayesinin inkişafı üçün Azərbaycanda son illər görülmüş işlərin nəticələrinin nümayişini vəd edir, - deyə informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti