...

"Azərcell" BM 1000-ci radio-baza stansiyasını quraşdırıb

Telekommunikasiya Materials 10 Oktyabr 2006 20:58 (UTC +04:00)

"Azercell Telekom" BM Pirallahı qəsəbəsində ucaldılan 1000-ci radio-baza stansiyasını quraşdırıb. Trend in xəbər verdiyi kimi, bu gün stansiyanın rəsmi açılış mərasimi olub.

Mərasimdə şirkətin baş müdiri A. Halim Atəş, "Ericcson"un Azərbaycandakı nümayəndəsi Veysəl Aral, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət idarələri fəaliyyətinin koordinasiyası şöbəsinin müdiri Əflatun Məmmədov, BM-in departament rəhbərləri və başqaları iştirak ediblər.

A. Halim Atəş bildirib ki, şirkət əhatə dairəsinin genişləndirilməsi və keyfiyyət xidmətinin yaxşılaşdırılıması ənənələrinə bundan sonra da sadiq qalacaq.

Onun sözlərinə görə, hazırda mobil operatorun abunəçilərinin sayı 2 mln. 200 minə çatıb. "Azercel" Azərbaycan ərazisinin 74,5%-ni əhatə edir.

Bu gün şirkət 2 rezervləşdirilmiş abonent bazası, 11 baza stansiyalarına nəzarətçi sistemi, 33 mobil rabitə kommutasiya mərkəzi və yalnız bu ilin 9 ayı ərzində 246 stansiya quraşdırıb. Şirkət əlavə olaraq 289 stansiyanı quraşdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti