...

Azərbaycanda rabitə işçilərinin peşə günü qeyd olunacaq

Telekommunikasiya Materials 4 Dekabr 2006 13:00 (UTC +04:00)

Bundan sonra Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin əməkdaşlarının peşə günü qeyd olunacaq. Trend xəbər verir ki, rabitə işçilərinin peşə günü dekabrın 2-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilib.

Sərəncamda qeyd olunub ki, bu qərar Azərbaycanda telefon rabitəsinin yaranmasının 125 illiyi münasibətilə qəbul olunub.

"Hər il dekabrın 6-ı rabitə və informasiya texnologiyaları sahəsinin əməkdaşlarının peşə bayramı kimi qeyd olunacaq", - deyə sərəncamda qeyd olunub.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti