...

Smart Systems Technology Azərbaycan Əmək nazirliy üçün korporativ şəbəkə yaradıb

Telekommunikasiya Materials 15 Yanvar 2007 19:00 (UTC +04:00)

Smart Systems Technology Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi üçün korporativ şəbəkə yaradılması işlərini başa çatdırıb. Bazar ertəsi şirkətdən Trend ə verilən məlumata görə, işlərə optik xətti olan rayonlarda başlanılacaq.

Korporasiya şəbəkəsi Bakı da daxil olmaqla nazirliyin 76 struktur şöbəsini və baş idarəsini əhatə edib.

Şəbəkə "Təqaüdlər və sosial təminat" layihəsi çərçivəsində reallaşmaq üçün yaradılıb, bunun üçün Beynəlxalq inkişaf Assosiasiyasından Əmək və əhalinin sosial müdafiəsi nazirliyi üçün 5 mln. dollar ölçüsündə kredit vəsaitləri ayrılıb.

Smart Systems Technology 1999-cu ilin noyabrında yaradılıb. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşıdırılması, telekommunikasiya şəbəkəsinin quraşdırılması layihəsi, mürəkkəb informasiya sistemlərinin işlənib hazırlanması, bank və maliyyə sahəsində konsaltinq xidmətləri, internet xidmətləri, müasir kommunikasiya avadanlıqlarının satışı ilə məşğul olur. O, həmçinin Oracle şirkətinin rəsmi partnyorudur.

Xəbər lenti

Xəbər lenti