...

"İnfokommunikasiyada menecment və tənzimləmə" kitabı nəşr olunub

Telekommunikasiya Materials 9 Mart 2007 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İntitutunun aparıcı elmi işçisi və dosenti, texniki elmlər namizədi Abdulla Qəhrəmanzadənin "İnfokommunikasiyada menecment və tənzimləmə" kitabı nəşr olunub. Bu barədə məlumatı Rabitə və informasiya texnologiyaları nazirliyindən veriblər.

Kitabda infokommunikasiya bazarında menecment və tənzimləmə hesabına baş verən dəyişikliklərin nəzəri və praktiki əsasları araşdırılıb. Monoqrafiyada İTU-nun və xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla bu sahədə menecment və tənzimləmənin əsasları öyrənilir.

Kitab mühəndislər, texniki işçilər, bakalavr və magistrlər üçün nəzərdə trutulub.

Abdulla Qəhrəmanzadə 120-dən çox elmi işin, 7 monoqrafiyanın, KİV-də çap olunmuş 70 analitik yazının müəllifidir.

Xəbər lenti

Xəbər lenti