...

Azərbaycanın Rabitə Nazirliyi prezidentin sərəncamına əsasən rabitə işçilərinə verilmiş mükafatları təqdim edib

Telekommunikasiya Materials 19 Mart 2007 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 5 dekabr 2006-cı ildə ölkə prezidenti İlham Əiliyevin sərancamı ilə verilmiş mükafat və fəxri adların rabitə işçilərinə təqdim olunması münasibətilə tədbir keçirib.

Mükafatları Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin, müəssisələrin, özəl İT şirkətlərinin, Milli Elmlər Akademiyasının nümayəndələrinin iştirakı ilə nazir Əli Abbasov təqdim edib.

Azərbaycanın rabitə və informasiya texnologiyalarının inkişafı sahəsində xidmətlərinə görə 1 nəfər "Şöhrət"ordeni, 23 nəfər "Tərəqqi" medalı, 5 nəfər əməkdar mühəndis adı və həmçinin 3 rabitə işçisi prezident təqaüdü ilə mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti