Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Smart Systems Technology şirkəti NBCbank banq üçün Internet-Banking və plastik kartlarla iş üzrə modul hazırlayıb. Bu barədə şirkətdən məlumat veriblər.
Bank of Baku üçün baş ofislə Bakıxanov qəsəbəsində yerləşən filial arasında sürətli (1mb/s) rabitə kanalı, Turanbank üçün isə baş ofislə Zaqatala filialı arasında rabitə kanalı (128 kbit/s) yaradılıb.
Smart Systems Technology 1999-cu ildə yaradılıb. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması xidməti, telekommunikasiya şəbəkələrinin qurulması, mürəkkəb informasiya sistemlərinin işlənilməsi, bank və maliyyə sahəsində konsaltinq xidmətləri, internet xidmətləri, müasir kommunikasiya avadanlıqların satılması və digər işlərlə məşğuldur.
Şirkət həmçinin Oracle korporasiyasının rəsmi tərəfdaşıdır.