...

Azərbaycanda poçt köçürmələrinin sayı 40 faiz artıb

Telekommunikasiya Materials 1 May 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Birinci rübdə Azərbaycanda poçt köçürmələrinin sayı 2006-cı ilin analoji dövrü ilə müqayisədə 40 faiz artıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, pul köçürmələrinin ümumi həcmi təxminən 3 mln. manat artıb.

"Azərpoçt" Dövlət Müəssisəsi bu yaxınlarda fiziki poçt köçürmələri ilə bağlı Rumıniyanın poçt administrasiyası ilə saziş imzalayıb. Bu gün müəssisənin 22 ölkə ilə analoji sazişləri var.

Elektron poçt köçürmələrinə gəldikdə isə Azərbaycan MTF/STEFI sistemi üzrə Rusiya, Moldova, Belarus, Ukrayna, Qazaxstan, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan və Özbəkistanla müqavilələrə malikdir. Xidmətlər hələlik yalnız sonuncu iki ölkə üzrə göstərilmir.

Perspektivdə bir sıra ölkələrin, o cümlədən Fransa, Yaponiya və Estoniyanın poçt idarələri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti