...

Nazir: Azərbaycanda daxili telefon danışıqlarına limit rabitə xidməti səviyyəsinin yüksəldilməsindən sonra tətbiq oluna bilər (video)

Telekommunikasiya Materials 17 May 2007 16:35 (UTC +04:00)
Nazir: Azərbaycanda daxili telefon danışıqlarına limit rabitə xidməti səviyyəsinin yüksəldilməsindən sonra tətbiq oluna bilər (video)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Tarif Şurası daxili telefon danışıqlarına dəqiqəyə görə ödəmənin tətbiqi üzrə müzakirələri telekommunkasiya sistemində xidmətlər səviyyəsinin yüksəldilməsindən sonra bərpa edəcək. Bu barədə cümə axşamı mətbuat konfransında şuranın rəhbəri, iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"Həmçinin abunə haqqı və telefon danışıqlarına görə ödəmə arasında balansın yaradılmasından sonra müəyyən səviyyədə danışığın bir dəqiqəsinə görə limitin tətbiqi məsələsinə qayıtmaq mümkün olacaq. Lakin bu yaxın zamanlarda baş verməyəcək", deyə nazir bildirib.

Onun sözlərinə görə, bu sahədə böyük islahatlar aparılır və ola bilsin ki, Azərbaycanda bu gün göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyəti digər ölkələrlə müqayisədə daha yüksəkdir. Bu sahənin inkişafı ilə əlaqədar fondun yaradılması da nəzərdə tutulur.

Bu günə qədər Azərbaycanda digər ölkələrlə müqayisdə beynəlxalq və şəhərlərarası telefon danışıqları tarifləri aşağı abunə haqqı səbəbindən yüksək olub. Bununla əlaqədar Tarif Şurası mayın 14-də keçirilmiş iclasda digər tarifləri aşağı salmaqla abunə haqqını artırmaq qərarını qəbul edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi abunə haqqını 4 manat səviyyədə tətbiq etməyi təklif etsə də, TŞ-nin qərarı ilə tarif hazırki 0,66 manatdan 2 manatadək artırılıb.

Tarif Şurası həmçinin daxili danışıqlarda 450 dəqiqəlik pulsuz limitin istifadəsindən sonra telefon danışıqlarının hər dəqiqəsinə görə ödəmənin tətbiqini qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti