...

Azərcell xəbərdarlıq edir ki, iyunun 1-də qısa məlumatlar xidmətində çatışmazlıqlar mümkündür

Telekommunikasiya Materials 31 May 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Azərbaycanın mobil operatoru Azərcell Telecom öz abunəçilərinə xəbərdarlıq edir ki, iyunun 1-də saat 02.00-dan gecə və səhər saatlarında qısa məlumatlar (SMS) xidmətində mümkün çatışmazlıqlar yarana bilər. Bu operatorun şəbəkənin təkmilləşdirilməsi ilə bağlı apardığı işlərlə əlaqədardır.

Şirkət mütəmadi olaraq rabitənin keyfiyyətinin artırılması məqsədilə belə işlər həyata keçirir. 2,5 milyon abunəçiyə malik Azərcell Telecom Azərbaycanın mobil rabitə bazarının 78 faizini və əhalinin 99 faizini əhatə edir.

Azərcell Telecom 1996-cı ilin yanvarında yaradılıb və həmin ilin 15 dekabrında abunəçilərinə əvvəlcədən ödəmə prinsipi əsasında xidmət göstərməklə fəaliyyətə başlayıb.

Azercell Telecom Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və "Fintur Holdings BV" (64.3 faiz) şirkətinin birgə müəssisəsidir.

"Fintur Holding BV"nin səhmlərinin 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə "Teliasonera" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti