Azərbaycan, Bakı/ Trend / Neftçala tekommunikasiya mərkəzi Qırmızıkənd kəndində yeni elektron ATC quraşdırılması üçün tender elan edib. Müəssisənin yaydığı məlumatda göstərilib ki, stansiyanın nömrə tutumu 256/30 olmalı, işlər isə bir il müddətində başa çatdırılmalıdır.
Tenderdə iştirak etmək istəyən şirkətlərin təklifləri iyunun 5-nə qədər qəbul olunacaq.
Yardımlı TKM Vərgədüz kəndində elektron ATS-in quraşdırılması üçün qiymət sorğusu keçirir.
Təkliflər iyunun 10-a qədər qəbul olunacaq.
Regionlarda rabitə sisteminin yenidənqurulması "Elektron Azərbaycan" Dövlət Proqramı və Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilir.