...

Azərcell şəbəkənin təkmilləşdirilməsi ilə bağlı işlər aparır

Telekommunikasiya Materials 12 İyun 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil operatoru olan Azərcell Telecom öz abunəçilərinə xəbərdarlıq edir ki, iyunun 13 və 15-də saat 02.00-dan başlayaraq səhər və gecə saatlarında telefon danışıqlarında, habelə bəzi xidmətlərin göstərilməsində çatışmazlıqlar yarana bilər. Bu, operatorun şəbəkənin təkmilləşdirilməsi ilə bağlı apardığı işlərlə bağlıdır.

Şirkət mütamadi olaraq rabitənin keyfiyyətinin artırılması məqsədilə işlər həyata keçirir.

2,5 milyon abunəçiyə malik Azərcell Telecom Azərbaycanın mobil rabitə bazarının 78 faizini və əhalinin 99 faizini əhatə edir.

Azərcell Telecom 1996-cı ilin yanvarında yaradılıb və həmin ilin dekabrında abunəçilərinə öncədən ödəmə əsasında xidmətlər təklif edərək fəaliyyətə başlayıb. Azərcell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və Fintur Holdings BV (64.3 faiz) şirkətinin birgə yaratdığı müəssisədir.

Fintur Holding BV-nin səhmlərinin 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə "Teliasonera" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti