...

"Baktelekom" 7 indeksli köhnə ATS-lərin yenidənqurulmasına başlayıb

Telekommunikasiya Materials 23 İyun 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və Informasiya Texnologiyalar Nazirliyinin "Baktelekom" istehsalat birliyi 471/472/473, 474/475/476 və 423 indeksli köhnə ATS-lərin Next Generation Network (NGN) texnologiyası əsasında yenidənqurulmasına başlayıb. Bu barədə İB-nin baş direktoru Beytulla Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hazırda blokirovka nömrələrin ayrılması və bölüşüdürücü şəbəkələrin tikintisi üzrə işlər aparılır.

"Texniki işlərə hazırlığı və 35 min blokirovka nömrənin ayrılmasını nəzərə alsaq, bunlar genişləndirilmiş işlərdir",-deyə Hüseynov bildirib.

Telefon nömrələrinin ümumi tutumu 90 min təşkil edir.

Müəssisə rəhbəri bildirib ki, paralel olaraq 494/495, 438/39 stansiyalarında yenidənqurma işləri üçün növbəti tenderə hazırlıq işləri aparılır. Tenderi iyulun 20-də elan etmək planlaşdırılır. Hər bir stansiyanın tutumu 20 min nömrə təşkil edir.

İB rəhbəri hazırda Bakıda rabitənin elektronlaşdırılmasının təqribən 85 faiz təşkil etdiyini söyləyib. 100 nəfərə düşən telefon aparatlarının sayı isə 39 ədəddir.

2007-ci ilin üçüncü rübünün sonuna qədər Bakıda telefon rabitəsinin elektronlaşdırılması başa çatdırılmalıdır. Rabitə Nazirliyi tərəfindən bütün telefon şəbəkəsini "Elektron Azərbaycan" dövlət Proqramı çərçivəsində 2008-ci ilin sonuna qədər yenidən qurmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti