Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.İsmayılov/
"Аzərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin paylanması və istehsalı) "Paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması" layihəsi çərçivəsində "açar təhvili" şərti ilə baş podratçının seçilməsi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Xalq qəzeti"ndə dərc edilən elanda deyilir.
Tender aşağı gərginlikli (0,4 kilovat) xətlərin SIP kabellərlə əvəz olunması və sayğacların qurulması, 10-6/0,4 və 35 kilovoltluq yarımstansiyaların yenidən qurulması, eləcə də 110/35/10-luq yarımstansiyaların tikintisi üzrə elan edilib.
Tender təklifləri və lazım olan bütün sənədlər bu il iyunun 20-si saat 16:00-dək təqdim olunmalıdır. Tender təkliflərinin açılması da həmin gün baş tutacaq.
Tender sənədləri haqqında zəruri məlumatlar almaq üçün müraciət etmək olar: tel.: (+99412) 490 09 83, faks: (+99412) 492 63 55.