...

Azərbaycana turist səfərləri və çarter uçuşları təşkil edən şirkətlərə güzəştlər tətbiq olunacaq

Turizm Materials 9 Mart 2018 09:53 (UTC +04:00)
Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən yerli və xarici turizm şirkətlərinə subsidiyaların verilməsi, güzəştlərin edilməsi mexanizminin yaradılması nəzərdə tutulub.
Azərbaycana turist səfərləri və çarter uçuşları təşkil edən şirkətlərə güzəştlər tətbiq olunacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən turizm şirkətlərinə güzəştlər edilməsi mexanizminin yaradılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən yerli və xarici turizm şirkətlərinə subsidiyaların verilməsi, güzəştlərin edilməsi mexanizminin yaradılması, yerli istiqamətdə uçuşların müəyyən olunması və rayonlarda mövcud olan hava limanlarının potensialından geniş istifadə ilə bağlı Fəaliyyət Planı AZAL və Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılıb.

Gəncə-Naxçıvan reysinin bərpası planlaşdırılan uçuşlar siyahısına əlavə edilib.

Bununla yanaşı, 2019-2020-ci illərdə Azərbaycanın qərb regionunda turizm və rekreasiya zonalarının yaradılması və baş inkişaf planlarının hazırlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti