...

AzTA: Formula 1 ilə əlaqədar Bakının bütün mərkəzi hotellərində yerlər dolub

Turizm Materials 26 Aprel 2018 22:15 (UTC +04:00)
Azərbaycanda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub.
AzTA: Formula 1 ilə əlaqədar Bakının bütün mərkəzi hotellərində yerlər dolub

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, hotellərdə yerlər aprelin 26-dan 30-dək olan müddət üçün bronlaşdırılıb:

"Formula 1 yarışları Bakıda keçirildiyindən paytaxtdakı hotellərdə, xüsusilə mərkəzi hotellərdə yerlər dolub. Formula 1 yarışı dünyanın ən maraqlı, sevilən yarışlarından biri olduğundan müxtəlif ölkələrdən onun azarkeşi olan tuiristlər ölkəmizə gəlir".

N.Bağırov qeyd edib ki, Formula 1 yarışları ilə əlaqədar Bakıda bir çox əyləncəli tədbirlər həyata keçiriləcək. Buna görə də yarışa gələn qonaqların Azərbaycanda olacaqları müddətdə vaxtlarını regionlarda deyil, daha çox Bakıda keçirəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 27-29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti