Bakı. Trend:
Azərbaycan Hava Yolları” Tel-Əvivdə keçirilən “Beynəlxalq Aralıq
dənizi Turizm Bazarı” sərgisində (International Mediterranean
Tourism market - IMTM 2022) iştirak edir.
⠀
IMTM 2022, Şərqi Aralıq dənizində ən əhəmiyyətli və ən böyük turizm
sərgisidir. Burada 60-dan çox ölkə iştirak edir.
Qeyd edək ki, AZAL həftədə 2 dəfə - cümə axşamı və bazar günləri
uçuşlar həyata keçirir. May ayından etibarən reyslərin sayı həftədə
beş dəfəyədək artırılacaq.
⠀