Bakı. Trend:
Perunun keçmiş prezidenti Alberto Fuximori 87 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə onun qızı Keiko Fuximori məlumat verib.
"Xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fuximori indicə Tanrının yanına getdi", - deyə o, X-də yazıb.
İyul ayında Keiko Fuximori korrupsiya və dissidentlərə qarşı repressiyaların təşkilinə görə cəzasını çəkən atasının növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlamışdı.
2009-cu ilin aprelində ölkəyə 1990-2000-ci illərdə rəhbərlik etmiş Fuximori insan haqlarının pozulmasında təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib. Xüsusilə, məhkəmə siyasətçinin 1991-ci ilin noyabrında Barrios Altos rayonunda 15 nəfərin qətlində və 1992-ci ilin iyulunda Limada 9 tələbə və 1 universitet müəlliminin oğurlanaraq öldürülməsində iştirakını sübuta yetirib.
Bundan başqa, eks-prezident korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir sıra işlərdə mühakimə olunub. 2017-ci ildə Peru prezidenti Pedro Pablo Kuçinski yalnız 2023-cü ilin dekabrında Fuximorini əfv edib.