Bakı. Trend:
Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) İstanbul yaxınlığında Mərmərə dənizində zəlzələ qeydə alındığını açıqlayıb.
Trend AFAD-ın sosial media səhifəsinə istinadən xəbər verir ki, yeraltı təkanlar iyunun 12-si saat 03:33-də Mərmərə dənizində, Böyükçekmece sahilləri yaxınlığında baş verib.
Zəlzələnin maqnitudası 3,5 bal, dərinliyi isə 8,36 kilometr olub.