...

ABŞ Çini Tayvan ətrafındakı hərbi təlimlər fonunda dialoqa çağırıb

Turizm Materials 2 Yanvar 2026 02:31 (UTC +04:00)
ABŞ Çini Tayvan ətrafındakı hərbi təlimlər fonunda dialoqa çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Çinin Tayvan ətrafında keçirdiyi genişmiqyaslı hərbi təlimlər fonunda Pekini dialoqa və təmkinli olmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda vurğulanıb ki, Çinin Tayvana və regiondakı digər ölkələrə qarşı hərbi fəaliyyəti və ritorikası gərginliyi lazımsız şəkildə artırır. ABŞ tərəfi Pekini təmkin nümayiş etdirməyə, Tayvana qarşı hərbi təzyiqi dayandırmağa və bunun əvəzinə konstruktiv dialoqa üstünlük verməyə çağırıb.

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton Tayvan boğazında sülhü və sabitliyi dəstəkləyir və status-kvonun birtərəfli qaydada, o cümlədən güc və ya məcburiyyət yolu ilə dəyişdirilməsinə qarşıdır.

Xəbər lenti

Xəbər lenti