...

Deputat: Trampın İlham Əliyevə məktubları ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirdiyini göstərir

Nəzər nöqtəsi Materials 1 İyun 2017 07:48
Deputat: Donald Trampın İlham Əliyevə məktubları ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirdiyini göstərir
Deputat: Trampın İlham Əliyevə məktubları ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirdiyini göstərir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublar diplomatik hörmətdən daha böyük əhəmiyyət kəsb edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, məktublarda ABŞ-Azərbaycan əməkdaşlığının yeni perspektivi önə çəkilir: "Terrorizmə qarşı birgə mübarizə, birgə layihələrin həyata keçirilməsi, ABŞ-Azərbaycan əməkdaşlığını bütün sahələr üzrə genişləndirmək təklifi əlbəttə ki, ABŞ-ın Azərbaycanı güclü və arzu olunan bir müttəfiq kimi görmək istəyindən xəbər verir. Həmçinin ABŞ Prezidentinin Azərbaycanda aparılan islahatlara razılığını bildirməsi Azərbaycan təcrübəsinin, Azərbaycan dövlət quruculuğunun ABŞ kimi nüfuzlu, demokratik bir ölkə tərəfindən yüksək qiymətləndirildiyini bir daha göstərir".

Deputat vurğulayıb ki, ABŞ tərəfinin Azərbaycanda həyata keçirilən islahatlara, Azərbaycanın daxili və xarici siyasətində atdığı addımlara verdiyi qiymət əlbəttə ki, xoşagələn hadisədir: "Həmçinin ABŞ-ın Azərbaycana terrorizmlə birgə mübarizə aparmaq təklifi çox vacib bir məsələdir. Çünki həm Azərbaycan, həm də ABŞ terrordan əziyyət çəkmiş ölkələrdir. Vaxtilə Ermənistanın Azərbaycan ərazisində bir-birinin ardınca terror hadisələri törətməsi, Bakı Metropolitenində Ermənistan xüsusi xidmət orqanlarının terror aktı törətməsi buna bariz nümunədir. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, orada terrorçu dəstələrin hazırlanması, həmin ərazidən qanunsuz narkotik dövriyyəsinin həyata keçirilməsi çox ciddi, narahatedici məsələdir".

A.Mirzəzadə əlavə edib ki, Donald Trampın İlham Əliyevə məktubları Birləşmiş Ştatların xarici siyasətində yeni aspektləri önə çəkdiyini, Azərbaycan kimi öz dövlətçiliyini möhkəmləndirmiş bir ölkə ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini göstərir: "Azərbaycan ABŞ-la münasibətlərin inkişaf etdirilməsinə hazırdır və hesab edirəm ki, bu əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti