...

Avropa Parlamentindən müşahidəçi: Azərbaycanda sərbəst şəkildə səs vermək üçün bütün şərait yaradılıb

Nəzər nöqtəsi Materials 11 Aprel 2018 12:24 (UTC +04:00)
Azərbaycan öz vətəndaşlarının sərbəst şəkildə səs verməsinə şərait yaradıb.
Avropa Parlamentindən müşahidəçi: Azərbaycanda sərbəst şəkildə səs vermək üçün bütün şərait yaradılıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan öz vətəndaşlarının sərbəst şəkildə səs verməsinə şərait yaradıb.

Bunu Trend-ə Avropa Parlamentindən olan müşahidəçi, Avropa İttifaqı-Azərbaycan parlamentlərarası komissiyasının üzvü Kosma Zlotovski deyib.

O, bu gün hələ bir seçki məntəqəsində olduqlarını bildirib: "Biz müşahidə missiyamıza hələ yeni başlamışıq, lakin gördüklərimiz artıq yaxşı təsir bağışlayır. Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün şərait yaradılıb".

K.Zlotovski Azərbaycanda seçkilərin yaxşı keçəcəyinə ümid etdiyini bildirib:

"Biz Bakıda və şəhərdən kənarda bir sıra məntəqələrə baş çəkməyi planlaşdırırıq".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti