...

Sabiq diplomat: ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ üzrə danışıqlarda daha fəal olmalıdır

Nəzər nöqtəsi Materials 3 Dekabr 2018 17:49 (UTC +04:00)
ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin tərəflərin konstruktiv dialoqu əsasında həll olunması üçün Ermənistanın Azərbaycanla predmet danışıqlara cəlb olunması məsələsində daha fəal olmalıdır
Sabiq diplomat: ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ üzrə danışıqlarda daha fəal olmalıdır

Bakı. Mətanət Nəsibova - Trend:

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin tərəflərin konstruktiv dialoqu əsasında həll olunması üçün Ermənistanın Azərbaycanla predmet danışıqlara cəlb olunması məsələsində daha fəal olmalıdır.

Bunu Trend-ə politoloq, sabiq diplomat Fikrət Sadıqov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 5-də nəzərdə tutulmuş görüşünü şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, danışıqlar prosesində durğunluğun əsas səbəblərindən biri uzun illər ərzində vasitəçililk missiyasının həyata keçirilməsində passivlik nümayiş etdirən ATƏT Minsk qrupu formatının böhranıdır:

“ATƏT Minsk qrupu formatındakı heç bir vasitəçi ölkə danışıqlar prosesində aktivlik göstərmir. Bunu beynəlxalq vasitəçilərin regiona, Ermənistan, Azərbaycan və işğal olunmuş Qarabağa səfərlərinin nəticələri göstərir. Heç bir vasitəçi ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün Ermənistana lazımi təzyiq göstərmir. Fikrimcə, substantiv danışıqların keçirilməsinin zərurəti barədə çağırışlarla yanaşı, beynəlxalq vasitəçilər Qarabağ məsələsinin nizamlanmasına yönəlmiş konkret təkliflər paketi ilə çıxış etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti