Yunus Oğuz: Azərbaycana Mehman Hüseynovla bağlı irad tutan ölkələrin özündə diktatorluqdan da kəskin addımlar atılır

Yunus Oğuz: Azərbaycana Mehman Hüseynovla bağlı irad tutan ölkələrin özündə diktatorluqdan da kəskin addımlar atılır

Bakı. Trend:

2019-cu il başlayandan ölkədə və regionda maraqlı proseslər baş verməkdədir. Həm Mehman Hüseynov olayı üzərindən Azərbaycana yenidən təsir imkanlarının işə salınması, həm Qarabağ problemi ətrafında cərəyan edən proseslər bəzi qaranlıq məqamlardan xəbər verir. Ölkəmizdə və yaxın regionumuzda cərəyan edən proseslər barədə ekspertlər də maraqlı dəyərləndirmələrlə çıxış edirlər. “OLAYLAR” qəzeti və eyniadlı agentliyin rəhbəri, yazıçı-publisist Yunus Oğuz həm ölkəmizdə, həm də yaxın coğrafiyamızda baş verənlərlə bağlı müsahibə verib.

- Yunus bəy, artıq 2019-cu ilin ilk ongünlüyünü yaşayırıq. İl başlayandan həm ölkəmizdə, həm də yaxın və uzaq qonşularımızda maraqlı proseslər yaşanmaqdadır. İstər ölkəmizdə. Istərsə də qonşu ölkələr, xüsusilə Qazaxıstanda baş verən hadisələri necə xarakterizə edərdiniz?

- 2019-cu il girər girməz hadisələr maraqlı bir məcra üzrə cərəyan edir. Yadınızdadırsa, 2018-ci ilin son aylarında Ukraynada bir erməni azərbaycanlını güllələdi. Lakin bu hadisənin səsi-sədası o qədər də çıxmadı. Ancaq Qazaxıstanda ermənilərin törətmiş olduğu cinayətin sədası böyük rezonans doğurdu. Bunlar hamısı son bir ayda cərəyan edən proseslərdir. Azərbaycanda isə başqa bir hadisə, Mehman Hüseynov olayı baş verdi. Bütün bunlarla paralel olaraq Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Türkiyəyə səfər etməsi, onun PKK və YPĞ barədə xoş sözlər söyləməsi, buna cavab olaraq isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Con Boltonu qəbul etməməsi, Boltonun Türkiyədən birbaşa İraqa getməsi və s. bir yerə toplayanda ümumi bir mənzərəyə gəlmək olar. 2019-cu ildə Azərbaycanı Qarabağ məsələsində “əymək” istəyirlər. Bunun da işartıları görünür. Yəni, ümumilikdə “türklərlə bazarlığa getmək mümkün deyil” obrazı yaradılır. Əslində bu əvvəlcə Ukraynada başlamışdı, lakin hansısa reaksiya olmadı. Sonradan bu hadisə Qazaxıstana daşındı. Qazaxıstan barədə də o fikir formalaşdırılır ki, bunlar da türkdür, onlarda demokratiya, demokratik anlam deyilən şey yoxdur. Onlarla zor dilində danışmaq lazımdır. Digər tərəfdən Con Bolton Türkiyə prezidenti tərəfindən qəbul edilmir və o, Ankaranı tərk edərək İraqa gedir. Yəni, bütün bunlar o deməkdir ki, guya türk dünyası ilə danışıqlara getmək olmaz. Bu mövqenin içərisində həm də “Azərbaycanla danışıqlara getmək olmaz” yanaşması var. Ona görə də belə düşünülür ki, bu ölkələrlə zor dilində danışmaq şərtdir. Belə təlqin edilir ki, bu ölkələrdə demokratiya, normal inkişaf olmayacaq. Yəni, bu da Qarabağı erməniyə güzəştə getmək üçün gedən bir oyundur. Son nəticədə butün türk dünyası kontekstində çalışılır ki, Qarabağ məsələsində Azərbaycan Ermənistana güzəştə getsin. Yəni Azərbaycanı zor və ya xoşla məcbur etmək lazımdır ki, bu işğalla barışsın. Ümumtürk kontekstində proses belə gedir ki, bu ölkələrlə heç bir danışıq aparmaq lazım deyil. Onlarla kifayət qədər sərt və zor dilində danışmaq lazımdır. Bəlkə də bu əvvəlcədən hesablanıb ki, son nəticədə bütün türk dünyası Rusiya, İran ilə müttəfiqliyə getsin. Ancaq türk dünyası heç də zəif deyil. Həm Türkiyə, həm də Azərbaycanda kifayət qədər analitik var və bütün bu prosesləri dərindən analiz edib dəyərləndirirlər.

- Bu arada Azərbaycanda Mehman Hüseynovla bağlı məsələnin şişirdilərək qeyri-real şəkildə təqdim edilməsi və bundan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etmək Bakıya qarşı növbəti təzyiq deyilmi?

- Təbii. Diqqət edək, xaricdəki antiAzərbaycan dairələrə onların daxildəki maşaları tərəfindən təqdim edilən siyahıda siyasi məhbus adı altında yüzlərlə adamın adı var. Ancaq bu dəfə Mehman Hüseynov amili qabardıldı. Məqsəd də aydın idi. Azərbaycanda demokratiyanın olmadığını iddia etmək, bu yolla ölkəmizə təsir göstərmək. Proseslər də belə təqdim edilirdi ki, adi bir şəkilə görə insanı həbs edirlər. Halbuki bunu Azərbaycana irad tutan ölkələrin özündə tamamilə başqa proseslər gedir və hətta diktatorluqdan da kəskin addımlar atılır. Azərbaycanda piket, mitinq keçirmək üçün əvvəlcədən müvafiq dairələrə müraciət edib öz aksiyanı keçirə bilirsən. Ancaq Fransa bu addımı da qadağan etdi. Lakin hər kəs, Amerika, Avropa, dünyadakı insan haqları, demokratiya təsisatları susdu. Almaniyada da oxşar proseslər yaşandı, “Sarı jiletlilər” aksiya keçirdi. Həmçinin Yunanıstan, Polşa, Hollandiyada aksiyalar keçirildi və həmin aksiyalar zamanı əzilənlər, təzyiqə məruz qalanlar da oldu. Onlara qarşı kifayət qədər sərt tədbirlər görüldü. Ancaq bütün baş verənlərə bir susqunluq nümayiş edildi. Azərbaycanda isə elə bir hadisə baş versəydi aləm bir-birinə dəyərdi.

- Sizcə, Azərbaycana qarşı olan bu münasibətin arxasında dayanan əsas amil nədir? İkili standartlar, yoxsa Azərbaycanı sürətli inkişafdan yayındırmaq?

- Burada söhbət təkcə Azərbaycanı sürətli inkişafdan yayındırmaqdan getmir. Diqqət edin, Qazaxıstan Orta Asiya. Azərbaycan, Türkiyə çox sürətlə inkişaf edib gücə çevrilirlər. Azərbaycan bölgədə həm hərbi potensialı, həm strateji mövqeyionə görə aparıcı dövlətdir. Türkiyə də eyni zamanda böyük gücə malikdir. Suriya, İraq, İran və digər məsələlərdə hökmən Türkiyə ilə nəyisə razılaşdırmaq lazımdır. Bu türk dünyasının aparıcı strateji xəttidir. Artıq Amerika, Avropa başa düşür ki, bu ölkələrin təbii ehtiyatlarına yiyələnmək lazımdır. Təbii ki, bu gün Azərbaycan haqlı olaraq buna razı olmur. Eyni zamanda Orta Asiya da eyni mövqeni nümayiş etdirir. Əsas da odur ki, son zamanlar türk dünyasının daha da yaxınlaşması, birgə çalışması qeyd etdiyimiz qüvvələri qəzəbləndirir. Hətta Belarus da Ermənistan-Azərbaycan məsələsində həmin strateji xəttə qoşulub. Ona görə də istəmirlər ki, türk dünyasının, bu coğrafiyaya daxil olan ölkələrin müstəqil siyasi, iqtisadi, hərbi-geostrateji potensialı yüksəlsin. Bunun da qarşısını almaq üçün təbii ki, həmin ölkələr barədə mənfi rəy formalaşdırmaq lazım gəlir. Demokratiyanın olmaması, diktatura rejiminin hökm sürdüyü, insan hüquq və azadlıqlarına hörmət edilmədiyi iddia olunur.

- Sizcə, Qazaxıstanda baş verənlər təsadüfi idi, yoxsa rəsmi Astananın istər KTMT-də, istərsə də Qarabağ məsələsində nümayiş etdirdiyi prinsipial mövqeyə təsir məqsədi daşıyır?

- Ola bilər ki, hadisə təsadüfi olsun. Mən də Rusiyada, Ukraynada yaşamışam və belə hadisələrlə rastlaşmışam. Hansısa restoranda yeyib-içir, sonra isə dava salırlar. Ola bilsin ki, hadisə təsadüfən baş verib. Ancaq həmin hadisəyə elə ermənilər tərəfindən siyasi don geyindirilib. Bəlkə də Nazarbayev olmasaydı, ermənilər Qazaxıstanda ermənilərin kütləvi qırğınını da təşkil edərdilər. Sumqayıt hadisələri kimi özləri bir neçə ermənini öldürüb atacaqdılar Qazaxıstanın üstünə. Yaxşı ki, Rusiya və Qazaxıstan dərhal bu hadisənin üstünə getdilər və onun məişət zəminindən milli zəminə keçməsinə imkan vermədilər.

- 2019-cu ilin Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümidverici il olacağı bildirilir. Siz bu barədə nə düşünürsünüz?

- Dağlıq Qarabağ məsələsində dönüşün baş verəcəyini gözləyirəm. Eyni zamanda həmin fikrimdə qalıram ki, istər Paşinyan deyil, bir başqası olsun, hətta mümkün belə görünməsə də Azərbaycanı sevən bir erməni hakimiyyətə gəlib desə ki, Dağlıq Qarabağ sizindir, mən ona inanmaram. Dağlıq Qarabağın azad edilməsinin bir yolu var- hərbi müdaxilə. Əgər hərbi müdaxilə olmasa, ermənilər yenə oyun oynayacaqlar. Paşinyanın hakimiyyətə gəlməsi təsadüfi baş vermədi. Bundan əvvəl artıq Serj Sərkisyanı masanın arxasına otuzdurmuşdular, işğal olunmuş ərazilərin 5+2 formatında azad edilməsinə qol çəksin. Sərkisyan bunu baş nazir olandan sonra prezidentin üstünə atmaq istəyirdi ki, məsuliyyətdən kənar olsun. Ancaq Sərkisyandan asılı olmayaraq Amerika oyuna girərək Paşinyanı hakimiyyətə gətirdi. Bir sözlə danışıqlar bu yolla davaç edəcəksə, heç bir nəticə olmayacaq. Yenə də tərəflər razılaşmaya hazır olan ərəfədə Paşinyanı devirib yerinə bir başqasını gətirəcəklər. Bunun yeganə yolu hərbi müdaxilədir.

SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb
SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb
"SOCAR Türkiyə"nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
"SOCAR Türkiyə"nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Loading Bars
Xəbər lenti
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Mingəçevir Dövlət Universitetində "Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür" mövzusunda dəyirmi masa keçirilib (FOTO)
ATƏT-in Minsk Qrupu saxlanılan ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Qəbələdə minik avtomobilləri toqquşub, ölən var
Kommunikasiya yollarının açılması Ermənistan üçün prioritet məsələ olmalıdır - Paşinyan
Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)
Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər
Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Dünyada aviadaşımalara tələb 7 faizdən çox artıb
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək
Qrız, Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub (VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Türkiyəyə dəstək: UNEC ailəsi hər zaman qardaş Türkiyənin yanındadır
Aylıq 38 AZN-dən başlayan ödəniş!
Bu il Azərbaycan azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq - Nazir
Bakıda MTK-nın məsul şəxsi 5000 manat cərimələndi (FOTO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək (FOTO)
Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi (VİDEO)
Bakıda istismara yararsız 108 bina var - RƏSMİ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
İranda koronavirusun bir neçə ştammı aşkarlanıb
ABŞ Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Bakı məktəbləri arasında yeni layihəyə start verilib
Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib (FOTO)
Ticarət obyektində aparılan qanunsuz tikinti dayandırılıb
Türkiyəyə müalicəyə göndərilən daha 2 qazimiz ölkəyə qayıtdı (FOTO)
Bakıda yük maşını yanıb
AQTİS və Argus-Fito sistemi arasında məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində texniki işlər davam edir
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən şəxslər yaxalandı (FOTO)
Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Məcəlləyə dəyişiklik
Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır
DİN yas mərasimində polisin zorakılıq etməsilə bağlı paylaşılan materiallara aydınlıq gətirib
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Fikrət Qoca dəfn edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək - Agentlik
Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Vətən müharibəsinin 400-ə yaxın qazisinə əlillik verilib
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib
Qarabağda muzdlu kimi döyüşən Livan vətəndaşının istintaqı yekunlaşıb - DTX və Baş Prokurorluq (VİDEO)
Avropada İtaliya mafiyasına qarşı əməliyyat keçirilib
ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!
ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" tədbiri keçirib
SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb
Korrupsiyada günahlandırılan gömrük əməkdaşı barədə araşdırmaya başlanılıb
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib (FOTO)
Azərbaycan və Gürcüstan bir-birinə çox bağlıdır - İrakli Qaribaşvili
“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib (FOTO)
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib (FOTO)
İrakli Qaribaşvili Azərbaycan Prezidentini Gürcüstana dəvət edib
Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlər uzun tarixə əsaslanır
Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir
Azərbaycanın Avroviziya təmsilçisinin geyim dizaynı məşhur modelyerə həvalə edilib
Uşaqlara siqaret satan mağaza cərimələndi
Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin Həsənli
G7 iclasında iştirak edən Hindistan nümayəndə heyəti karantinə alınıb
Avropa Parlamentinin terrorçuları “hərbi əsir” adlandırması ədalətsizliyin təzahürüdür – Deputat
Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı tədbirlər görülür (FOTO)
Bolqarıstan prezidenti parlamenti buraxacaq
"SOCAR Türkiyə"nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
Azərbaycanda erkən doğumlar azalır
Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - Nazir
Daha bir şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib
Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb (VİDEO)
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Sabah hava necə olacaq?
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
ABŞ-da təyyarə evin üstünə düşüb
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub - Ölən və yaralananlar var
Pambıq əkini üçün fermerlərə gübrələrin verilməsinə başlanılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakıda güclü külək TIR-ı aşırdı
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO)
"Space" kanalına yeni rəhbər təyin olunub
Bakıda Dünya Kuboku hər zaman gözəllik və zəriflik bayramıdır - Azərbaycanlı gimnast
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib
“Rabitəbank”dan ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici animasiya (VİDEO)
Azad olunan ərazilərdə heyvanlar quduzluğa qarşı peyvənd olunur (FOTO)
Qaribaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək - Səfir
“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub (FOTO)
Bütün xəbərlər