Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir simasının yeni və mütərəqqi əlamətidir

Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir simasının yeni və mütərəqqi əlamətidir

Bakı. Trend:

Sirr deyil ki, Azərbaycanda institusional sferanı, idarəetmənin təkmilləşdirilməsini, daha çevik və səmərəli komandanın formalaşmasını, demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatlar aparılır. Müasirləşməni strateji hədəf seçən Azərbaycan idarəetmə sahəsində reallaşdırılan islahatlarda da qabaqcıl ölkələrin təcrübəsinə istinad edir. Dövlət idarəçiliyini bir dəfə qurulan və heç vaxt dəyişməyəcək mexanizm kimi təsəvvür etmək əsla düzgün deyil. Qloballaşma şəraitində isə belə yanaşma zərərlidir, milli maraqlara, təhlükəsizliyin təmin olunmasına təhdidlər yaradır.

Zaman ötdükcə, yeni reallıqlar yarandıqca qarşıya çıxan tələblər də dəyişir. Ölkəmizdə reallaşdırılan institusional islahatlar da milli idarəetmə sisteminin dövrün dəyişən tələblərinə uyğun qurulmasını özündə ehtiva edir. Bütövlükdə idarəetmə sisteminin səmərəli qurulması öz növbəsində ölkənin qarşıya qoyulan yeni hədəflərə doğru inamla irəliləməsini və yeni nailiyyətlər qazanmasını şərtləndirir. Aparılan islahatlar institusional təsissatların, müvafiq dövlət qurumlarının daim dəyişən çağırışlara adekvat addımlar atmaq iqtidarında olmasına münbit zəmin yaradır. Məhz, 2016-cı il sentyabrın 26-da respublikamızda Konstitusiya islahatları ilə bağlı keçirilən referenduma əsasən dövlət idarəçiliyində yeni təsisatın - Birinci vitse-prezidentlik institutunun yaradılması böyük aktuallıq daşıyırdı. Beləliklə də, dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir simasının yeni və mütərəqqi bir əlamətidir.

Bəs, vitse-prezidentlik institutu nədir?

Vitse-prezidentlik elmi baxımdan iki mühüm istiqaməti əhatə edə bilir: birincisi, dövlət rəhbərinin müəyyən məqamlarda əvəz olunması, səlahiyyətlərinin icrasını həyata keçirmək; ikincisi, səlahiyyətlərin rəhbər-köməkçilər kimi bölünməsini təmin etmək. Anlayışın elmi əsasları onu deməyə əsas verir ki, vitse-prezidentlər prezidentin öz vəzifəsini icra edə bilmədiyi hallarda onun vəzifə səlahiyyətlərini icra edən şəxslərlə yanaşı, konstitusion səlahiyyətlərinin həyata keçirilməsi üzrə köməkçi rəhbər şəxslərdir. Bu yanaşma həm də məfhumun təyinatı funksiyasını şərtləndirir. Elmi tərkib onu deməyə əsas verir ki, onlar hakimiyyət qolları üzrə prezident səlahiyyətlərinin icrası ilə məşğul ola bilərlər.

Vitse-prezidentlik institutunun fəlsəfi anlayışının iki baza xətti mövcuddur: hakimiyyətin ali pilləsində siyasi idarəçilikdə rəngarəngliyin formalaşdırılması və ali idarəçiliyin dərinləşdirilməsi və şaxələndirilməsi-şaquli və üfiqi iyerarxiyanın həm sadələşdirilməsi, həm də çoxçalarlı olması. Hər iki xətt vəhdətlik yaradır, bütövlüyü və möhkəmlənməni təmin edir. Vitse-prezidentlik dövlət idarəçiliyində mövcud olan daxili piramidaların birləşməsindən yeni məzmunlu ali piramidaları meydana gətirən şərtləndirici dayaq elmenti rolunu oynayır. Vitse-prezidentlik sayəsində pikdə birləşən piramidaların sayı artır və həm də böyümüş formada olur. Vitse-prezidentlik yeni piramidal xətlərin meydana gəlməsini və həcmcə daxili iri piramidaları yaradır.

Təsadüfi deyil ki, bu yolu illər öncə keçən Amerika Birləşmiş Ştatları, Cənubi Afrika Respublikası, bəzi Avropa və Latın Amerikası ölkələri dövlətin cəmiyyətin həyatında daha fəal iş aparmaq üçün məhz vitse-prezidentlik instutuna müraciət ediblər. ABŞ-da və Bolqarınstanda hətta vitse-prezidentlər seçki yolu ilə müəyyənləşirlər. Hər bir prezidentliyə namizəd işləmək istədiyi vitse-prezidentin də namizədliyini irəli sürür. Prezident və vitse-prezident seçildikdən sonra dövlət idarəçiliyini həyata keçirirlər. Lakin bu vitse-prezidentlərin prezidentin siyasətinə qarşı çıxmaq hüququ yoxdur. İsveçrə Konfederasiyasında da prezidentlə və vitse-prezident seçilir, lakin federal məclis tərəfindən.

İdarəçilik sahəsində mütərəqqi sistem olaraq qəbul edilən vitse-prezidentlik institutu Azərbaycanda da formalaşdırılıb. Artıq tarixə dönən 2017-ci il referendum yolu ilə təsdiqlənən Konstitusiya islahatlarının reallaşdırılması istiqamətində mühüm il olub. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.

Ötən dövrdə Birinci vitse-prezidentin komandası formalaşıb. Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən qısa müddətdə əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xarizması, yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanın malik olduğu yüksək keyfiyyətlərə diqqət çəkib: “Qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan cəmiyyəti Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətinə böyük maraq göstərib. İnsanlar inandıqları, etimad bəslədikləri Mehriban xanım Əliyevanın təyinat aldığı yeni məsuliyyətli vəzifədə Azərbaycan naminə fədakar fəaliyyətini təqdir edirlər. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Yeni funksional təsisatın rəhbəri vəzifəsində gördüyü bu kimi genişmiqyaslı işlər isə cəmiyyətdə onun nüfuzunu daha da artırıb.

Ümumiyyətlə, Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük rəğbət və nüfuz qazanıb. Bunun səbəbi təkcə tutduğu yüksək vəzifə və mövqe ilə bağlı deyil. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Talassemiyalı uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasının 3-cü ili tamam olacaq.

Ötən üç ildə Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. O, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib. Mehriban xanım Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi. Müvafiq qurumlar qarşısında məsələni belə qoydu ki, bu sahədə işlər iki istiqamətdə qurulmalıdır: yeni mənzillər, yeni binalar tikilməli və inşa olunan binalar keyfiyyət standartlarına tam cavab verməlidir. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu.

Çox keçmədən Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməli qoyuldu. Daha sonra qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillər verildi. İş adamlarının yardımı ilə 214 ailə yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürüldü. Bir qədər sonra Masazır, Ramana qəsəbələrində və Xətai rayonunda yeni binaların istifadəyə verilməsi ilə daha 725 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırıldı. Bu, Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Fondun bu sahədə gördüyü işlər sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna əhəmiyyəti var. 2003-cü ildən indiyədək ölkədə 3 mindən çox məktəb tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Beləliklə, ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Azərbaycanda birinci xanım institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən sonra formalaşıb. Dövlət başçısının xanımı Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürür. Biz onu hadisələrin mərkəzində, insanların arasında görməyə adət etmişik. Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması onun təbiətindən və xarakterindən doğan bir yanaşmadır. O, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görür.

Bütün bunlara görə də Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə məntiqi qərar kimi qarşılandı. Bundan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban Əliyeva deyirdi: “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”. Elə bu məramla da özünün ömür kitabını yazır, hər ötən il isə bu kitabı daha parlaq, daha şərəfli sətirlərlə zənginləşdirir. Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir. Ötən müddətdə onun dəstəyi ilə yüzlərlə məktəb, xəstəxana tikilib. Saysız-hesabsız xeyriyyəçilik tədbirləri isə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunu şəfqət və mərhəmət ünvanına çevirib.
Fondun mədəniyyətimiz, incəsənətimizlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrimizin bərpası və yenidən qurulması, abadlaşdırılması istiqamətində misilsiz xidmət göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrini, ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanı xalqının gözündə bir daha ucaldıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi indi də minnətdarlıq hissi ilə xatırlanır. Bu, bir daha göstərir ki, onun Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, əzmkar fəaliyyətini həm də sivil dünyada sülhün, sabitliyin, sivilizasiyalararası dialoqun, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin heç də tam olmayan siyahısıdır. Onun rəhbəri olduğu Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və Azərbaycanın təbliğidir.

Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir, onun Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi dağıtdığını etiraf edirlər. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın “Şərəf legionu” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Messenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Onun ən böyük mükafatı isə Azərbaycan xalqının rəğbəti və sevgisidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir. Hər kəs inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək.

Bəhruz QULİYEV, "Səs" qəzetinin Baş redaktoru, siyasi ekspert

Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır!
Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır!
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Mən nə qədər təzyiqlə üzləşdim. Dedim, vermirsən, cəhənnəmə vermə
Çaylarda ən müasir avtomat hidroloji stansiyalar istismara verilib (FOTO)
Azərbaycan Prezidenti: Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər
Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü
Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Prezident İlham Əliyev: Demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi - Deputat
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb (FOTO/VİDEO)
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)
İranda ötən sutka 23 min nəfər koronavirusa yoluxub, 274 nəfər ölüb
Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır - Rəsmi
Aleksandr Lukaşenko sabah Azərbaycana gəlir
Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq
Sabunçuda nişan mərasimi dayandırılıb, 20 nəfər cərimələnib (VİDEO)
Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb
Bərdədə yol polisi reyd keçirib (FOTO)
Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir
"Xanoba" gömrük postunun buraxılış qabiliyyəti artırılır (FOTO/VİDEO)
Balakəndə narkotik istixanası aşkarlandı (FOTO)
DYP Sumqayıtda reyd keçirib (FOTO/VİDEO)
Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət etdi
Qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib (FOTO)
Uşaqlar koronavirusu daha yüngül keçirir - Baş pediatr
BTQ ilə yük daşımaları 50 faiz artıb
Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib (VİDEO)
FHN Xəzərdə reyd keçirdi, 3 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib (YENİLƏNİB - 1) (FOTO/VİDEO)
Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycanla Ukrayna aqrar sahədə əməkdaşlığı genişləndirir
Şamaxıda toy sahibi və qonaqlar cərimələndi
Qaradağda daş karxanasında faciə, usta öldü
Bərdədə ad günü keçirənlər cərimələndi
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Saatlıda yas mərasimi aşkarlanıb
Gəncədə küçə və prospektlər dezinfeksiya edilib (FOTO)
Bütün xəbərlər